Tarix : 2023 Apr 24
Kod 63545

Paşinyan Aliməqamlı Rəhbəri və prezidentini Fitr bayramı münasibətilə təbrik edib

Ermənistanın baş naziri İslam İnqilabının Aliməqamlı Rəhbəri və prezidentini Fitr bayramı münasibətilə təbrik edib.

Arannews : slam İnqilabının Aliməqamlı Rəhbərinin ofisinin bildirdiyinə görə, dünən şənbə günü Şəvval ayının biri və mübarək Fitr bayramı idi. 

" Ermənistan baş naziri Nikol Paşinyan İslam İnqilabının Aliməqamlı Rəhbəri Həzrət Ayətullahül-üzma Xameneiyə və İran İslam Respublikasının prezidenti Seyid İbrahim Rəisiyə İslami Fitr bayramı münasibətilə təbrik məktubu göndərib.

Baş nazirin İslam İnqilabının Aliməqamlı Rəhbərinə ünvanladığı mesajda belə deyilir: "Zati-aliləri, özünü tərbiyə etmək və oruc tutmanın rəmzi olan Fitr bayramı münasibətilə Həzrətinizə və dost İran İslam Respublikasının xalqına səmimi təbriklərimi çatdırıram. Ermənistan Respublikası hökuməti və erməni xalqı minilliklər tarixi olan isti Ermənistan-İran münasibətlərini yüksək qiymətləndirir. Hansı ki, xalqlarımızın rifahı və regional sabitlik naminə yaxın gələcəkdə yeni üfüqləri fəth edəcəkdir".

Nikol Paşinyanın İran prezidentinə ünvanladığı mesajda isə belə deyilir: "Sizi İslamın müqəddəs Ramazan bayramı münasibətilə ürəkdən təbrik edirəm. Ümidvaram ki, siyasi iradə və sabit tərəfdaşlıq sayəsində biz ölkələrimiz arasında erməni və İran xalqlarının rifahı və regional təhlükəsizlik naminə əməkdaşlığın genişlənməsinin şahidi olacağıq.

Fürsətdən istifadə edərək, Sizə yeni nailiyyətlər və dost İran İslam Respublikasının xalqına daimi sülh arzulayıram".

  • Yazılıb
  • da (də) 2023 Apr 24
  • Göndərən جهان کمالی