Tarix : 2023 Apr 26
Kod 63546

İran Avrasiya İttifaqı və MDB ilə Anlaşma Memorandumu imzalayıb

Moskvada İranın Nəqliyyatın İnkişafı Fondu, Avrasiya Nəqliyyatı Əlaqələndirmə Şurası və Müstəqil Dövlətlər Birliyinin (MDB) İqtisadi İnkişaf Mərkəzi arasında üçtərəfli əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Arannews : Bu Anlaşma Memorandumu İran İslam Respublikasının Rusiyadakı səfiri Kazım Cəlali və Rusiyanın nəqliyyat nazirinin müavini Dmitri Zverev, həmçinin İran Nəqliyyatın İnkişafı Fondunun sədri, Biznes Mərkəzinin baş direktoru tərəfindən imzalanıb.

Bu Anlaşma Memorandumunun müddəalarına əsasən, imzalayan tərəflər beynəlxalq dəhlizlər, xüsusilə Şimal-Cənub dəhlizi boyunca ticarətin, tranzitin və malların saxlanmasının artırılması üçün bir-biri ilə əməkdaşlıq etməyi öhdələrinə götürmüşlər.

  • Yazılıb
  • da (də) 2023 Apr 26
  • Göndərən جهان کمالی