Tarix : 2023 Apr 28
Kod 63549

İrandan Naxçıvana daha bir xidmət

Naxçıvana yanacaq daşıyan nəqliyyat vasitələrindən İranın aldığı verginin məbləği azaldılıb.

 Arannews : Naxçıvana yanacaq daşıyan nəqliyyat vasitələrindən təhlükəli yüklərin daşınmasına görə alınan yol vergisinin məbləği 320 ABŞ dolları, digər xərclər isə 25 ABŞ dolları azaldılıb.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən verilən məlumata görə, artıq Azərbaycan daşıyıcıları İrana və İrandan təhlükəli yüklərin daşınmasını həyata keçirərkən 520 ABŞ dolları deyil, 175 ABŞ dolları ödəyirlər.

Həmçinin ağır çəkili avtonəqliyyat vasitələri ilə yüklərin daşınmasına görə verginin məbləğinin 38 tondan deyil, 41 tondan sonra hesablanması təsdiqlənib. Yüksüz maşınlar üçün rüsumun məbləği isə 105 ABŞ dollarından 85 ABŞ dollarına endirilib.

  • Yazılıb
  • da (də) 2023 Apr 28
  • Göndərən جهان کمالی