Tarix : 2023 Apr 28
Kod 63550

Laçın dəhlizinə beynəlxalq faktaraşdırıcı missiya göndərilsin!

Ermənistanın baş naziri Dağlıq Qarabağ və Laçın dəhlizi ilə bağlı təcili beynəlxalq faktaraşdırıcı missiyanın göndərilməsinə çağırıb.

Arannews :Nazirlər Kabinetinin iclasında çıxış edən baş nazir Paşinyan bildirib ki, Dağlıq Qarabağda və Laçın dəhlizində daha geniş beynəlxalq iştiraka ehtiyac hər gün daha aktuallaşır.

O qeyd edib ki, Azərbaycanın Dağlıq Qarabağı ermənilərin yeni edam meydanına çevirmək cəhdlərinə son qoyulmalıdır. Bunun yeganə etibarlı yolu isə Dağlıq Qarabağda geniş beynəlxalq mandata malik nümayəndələrin olmasıdır.

Paşinyanın sözlərinə görə, ilk addım kimi Laçın dəhlizinə və Dağlıq Qarabağa təcili beynəlxalq faktaraşdırıcı missiya göndərmək lazımdır.

  • Yazılıb
  • da (də) 2023 Apr 28
  • Göndərən جهان کمالی