Tarix : 2023 Apr 29
Kod 63551

Laçın dəhlizindəki aksiya dayandırılıb

Azərbaycan Respublikasının Laçın-Xankəndi yolunda 12 dekabr 2022-ci il tarixində başlatdığı aksiya aprelin 28-də dayandırılıb.

 Arannews :Aksiyaçılar Rusiya sülhməramlılarının nəzarətindəki Azərbaycan ərazilərində təbii sərvətlərin qanunsuz istismarına son qoyulmasını və Azərbaycanın aidiyyəti qurumlarının həmin ərazilərdə monitorinqinə imkan yaradılmasını sülhməramlı kontingentin komandanlığından tələb etdiklərini bir daha vurğulayıblar və eyni zamanda qeyd ediblər ki, aksiya hədəfə tam olaraq çatmayıb.

Şuşada dövlət nümayəndələri ilə görüşdən sonra aksiyaçılar bəyanat qəbul ediblər. Sənəddə deyilir ki, onların aksiyanı dayandırmasına səbəb aprelin 23-də, Ermənistanla sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında nəzarət-buraxılış məntəqəsinin qurulmasıdır. Aksiyaçılar bunun, aksiya iştirakçılarının hədəflərinə qismən çatması demək olduğunu bildiriblər.

Bəyanatda 28 aprel saat 18:00-dan etibarən Laçın dəhlizindəki aksiyanın "müvəqqəti olaraq" dayandırıldığı bildirilir eyni zamanda Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılmasına, bu sahədə monitorinqin keçirilməsinin təmin olunmasına dair sülhməramlı kontingentin komandanlığından tələblərin qüvvədə qaldığı deyilir.

Elə aksiyaçıların bəyanatında da öz əksini tapdığı kimi, aksiyanın keçirilməsi üçün əvvəlcədən elan edilmiş məqsəd təmin olunmayıb və Rusiya sülhməramlıları Azərbaycan tərəfinin tələblərinə 5 aydan çoxdur məhəl qoymayıb.

  • Yazılıb
  • da (də) 2023 Apr 29
  • Göndərən جهان کمالی