Tarix : 2023 Apr 30
Kod 63555

Son bir həftədə sionist rejimin 2 hərbçisi intihar edib

Sionist rejim mediası cümə axşam son bir həftədə bu rejim ordusunun daha iki əsgərinin intihar etdiyini açıqlayıb.

 Arannews :Sionist rejimin "KAN" televiziya kanalı bildirib ki, bu 2 nəfər də daxil olmaqla, son bir ayda bu rejim ordusunda intihar edənlərin sayı 3 nəfərə çatıb.

Sionist rejim ordusunun baş qərargah rəisi Herzi Halevi orduda hərbçilərin intiharı hallarının dərhal araşdırılmasına göstəriş verib.

Ötən dekabr ayında da sionist rejimin bir qəzeti bir il ərzində bu rejimin 14 hərbçisinin intihar etdiyini bildirmişdi. 

Sionist rejimin "Yediot Aharnot" qəzeti ötən dekabr ayında yazıb: "İsrail ordusunda intiharların sayında narahatlıq doğuran artım müşahidə edilir".

Qəzet əlavə edib: "Təkcə 2022-ci ildə 14 hərbçi öz həyatına son qoyub ki, bu da son beş ildə ən yüksək göstəricidir".

Bundan əvvəl sionist rejim başçıları və mediası bu rejimin hərbi qüvvələri arasında intihar hallarının narahatedici artması və bu rejimin hərbi birləşmələrində kişi komandirlər və hərbçilərin qadın hərbçilərə cinsi təcavüzü ilə bağlı çoxsaylı faktlardan danışıblar. 

  • Yazılıb
  • da (də) 2023 Apr 30
  • Göndərən جهان کمالی