Tarix : 2023 May 04
Kod 63557

İran və Suriya 15 əməkdaşlıq sazişi imzalayıb

İran İslam Respublikası ilə Suriya Ərəb Respublikası arasında Hərtərəfli Strateji və Uzunmüddətli Əməkdaşlıq Proqramı və digər 14 əməkdaşlıq sənədi iki ölkənin prezidentləri və yüksək vəzifəli şəxsləri tərəfindən imzalanıb.

Arannews :ibrahim Rəisi və Bəşər Əsəd çərşənbə günü günortadan sonra Suriyanın Xalq Sarayında keçirilən mərasimdə İran və Suriya arasında müxtəlif sahələrdə strateji və uzunmüddətli Hərtərəfli Əməkdaşlıq Proqramını imzalayıblar.

Həmçinin İran və Suriyanın yüksək vəzifəli rəsmiləri iki ölkə arasında ticarət əməkdaşlığı, neft və enerji, texniki mühəndislik, mənzil, dəmir yolu və hava nəqliyyatı, azad zonalar və özəl sektor, rabitə və texnologiya, zəlzələ və xilasetmə və həcc işlərinin asanlaşdırılması sahələrində 14 əməkdaşlıq sənədi imzalayıblar.

Bu sənədləri İranın xarici işlər, yol və şəhərsalma, iqtisadiyyat, neft və rabitə və informasiya texnologiyaları nazirləri suriyalı həmkarları ilə imzalayıblar.

  • Yazılıb
  • da (də) 2023 May 04
  • Göndərən جهان کمالی