Tarix : 2023 May 04
Kod 63558

Kreml: “Qarabağla bağlı üçtərəfli bəyanatların alternativi yoxdur”

Rusiya hökuməti bildirir ki, Qarabağla bağlı vəziyyətin həlli üçün Rusiya, Azərbaycan və Ermənistan liderlərinin imzaladıqları üçtərəfli bəyanatların alternativi yoxdur.

Arannews :Kremlin sözçüsü Dmitri Peskov mayın 2-də jurnalistlərə açıqlamasında Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Vaşinqtonda apardıqları danışıqlara toxunaraq deyib: “Problemlərin həlli və gərginliyin azaldılması ancaq üçtərəfli sənədlər əsasında mümkündür: Əlbəttə, gərginliyin azaldılmasına töhfə verəcək istənilən addım alqışlanmalıdır, amma üçtərəfli sazişin alternativi yoxdur”.

Onun sözlərinə görə, iki ölkə arasında mövcud olan problemlərin həlli və regionda gərginliyin azalmasına yönəlmiş hansısa birgə tədbirlərin və addımların işlənib hazırlanması Rusiya ilə birlikdə imzalanmış üçtərəfli sənədlər əsasında mümkündür. Hələlik isə nizamlanmaya şərait yarada biləcək hər hansı başqa hüquqi əsas yoxdur.

Peskov həmçinin üstüörtülü şəkildə ABŞ-ın vasitəçiliyinə qarşı olduğunu bu ifadələrlə dilə gətirib: “Nizamlanmanın əsasını pozan müxtəlif cəhdlər olur, bu, gələcəkdə nəticə verməyə bilər”, - deyə Kremlin sözçüsü vurğulayıb.

  • Yazılıb
  • da (də) 2023 May 04
  • Göndərən جهان کمالی