İran Xarici İşlər Nazirliyi Tehran və Təbrizdəki dörd azərbaycanlı diplomatı arzuolunmaz şəxs elan edib və onları ölkədən çıxarıb.
Arannews :Tehran və Təbrizdəki 4 azərbaycanlı diplomat persona non-qrata elan edildikdən sonra ölkədən çıxarılıb.
İran Xarici İşlər Nazirliyi cümə günü bildirib ki, azərbaycanlı diplomatların ölkədən çıxarılması Bakının bu ilin əvvəlində iranlı diplomatın ölkədən çıxarmasına cavabdır.
Xatırladaq ki, aprelin ortalarında Bakı 4 iranlı diplomatı arzuolunmaz şəxs elan etmişdi.