İran İslam Şurası Məclisinin sədri və Özbəkistan qanunvericilik məclisinin spikeri iki ölkənin parlament həmkarlığının genişləndirilməsinə təkid ediblər.
Arannews : Məhəmməd Qalibaf bu gün Tehranda Nuruddin Can İsmayılovla birgə mətbuat konfransında deyib ki, İran İslam Şurası Məclisinin xarici siyasətinin prioriteti,/ islami ölkələr özəllik təşkil etməklə region və qonşu ölkələrlə əlaqələrdir.
Qalibaf əlavə edib: İranla Özbəkistan arasında/ xüsusən/ şimal-cənub istiqamətində tranzit, nəqliyyat, əlaqələrin genişlənməsi və iqtisadi məsələlər sahəsində əməkdaşlıq üçün/ olduqca yaxşı fürsətlər var.
Özbəkistan qanunvericilik məclisinin sədri də mətbuat konfransında bildirib ki, bu ölkənin prezidenti gələn ay İrana səfər edəcək. O, qeyd edib ki, son illər İran-Özbəkistan əlaqələri bütün sahələrdə genişlənibdir.
Nəqliyyat və tranzit sahələrində əlaqə və əməkdaşlıqların inkişafı böyük önəmə malikdir- deyə, Nuruddin Can İsmayılov vurğulayıb.