Tarix : 2023 May 07
Kod 63562

Tehran və Daşkənd parlament həmkarlığının genişləndirilməsinə təkid ediblər

İran İslam Şurası Məclisinin sədri və Özbəkistan qanunvericilik məclisinin spikeri iki ölkənin parlament həmkarlığının genişləndirilməsinə təkid ediblər.

Arannews : Məhəmməd Qalibaf bu gün Tehranda Nuruddin Can İsmayılovla birgə mətbuat konfransında deyib ki, İran İslam Şurası Məclisinin xarici siyasətinin prioriteti,/ islami ölkələr özəllik təşkil etməklə region və qonşu ölkələrlə əlaqələrdir.

Qalibaf əlavə edib: İranla Özbəkistan arasında/ xüsusən/ şimal-cənub istiqamətində tranzit, nəqliyyat, əlaqələrin genişlənməsi və iqtisadi məsələlər sahəsində əməkdaşlıq üçün/ olduqca yaxşı fürsətlər var.

Özbəkistan qanunvericilik məclisinin sədri də mətbuat konfransında bildirib ki, bu ölkənin prezidenti gələn ay İrana səfər edəcək. O, qeyd edib ki, son illər İran-Özbəkistan əlaqələri bütün sahələrdə genişlənibdir.

Nəqliyyat və tranzit sahələrində əlaqə və əməkdaşlıqların inkişafı böyük önəmə malikdir- deyə, Nuruddin Can İsmayılov vurğulayıb.

  • Yazılıb
  • da (də) 2023 May 07
  • Göndərən جهان کمالی