Tarix : 2023 May 09
Kod 63567

Növbəti Qarabağ qazisi intihar edib

Xəzər rayon sakini, 44 günlük Qarabağ-Vətən müharibəsi iştirakçısı, qazi Hüseynzadə Elçin Xalid oğlu süründürməçiliyə məruz qaldığı üçün intihar edərək, özünü öldürüb.

Arannews : Xalidin dostları bildirir ki, o, idmançı idi və çalışırdı ki, mütəmadi idmanla məşğul olsun. Ancaq maddi sıxıntı buna imkan vermirdi.

İkinci Qarabağ müharibəsinin başa çatmasından keçən iki il yarım ərzində Azərbaycanda onlarla müharibə veteranı - qazilər intihar edib. Bu, onların keçirdikləri sarsıntıların nəticəsi, yetərli psixoloji dəstək ala bilməməsi, sosial çətinliklərlə üzləşməsi kimi amillərlə izah edilir.

Beləliklə də hər gün Azərbaycandan Qarabağ müharibələri qazilərinin intihar və ya intihara cəhd xəbərləri gəlir. Onların sayı, bəzi hesablamalara görə, artıq 50-ni keçib.

  • Yazılıb
  • da (də) 2023 May 09
  • Göndərən جهان کمالی