Tarix : 2023 May 10
Kod 63569

Ötən il Azərbaycanda neçə intihar hadisəsi baş verib?

aş Prokuror bildirib ki, ötən il qəsdən adam öldürməyə cəhdlə bağlı 156 cinayət hadisəsi baş verib.
arannews.com/:"Ötən il Azərbaycanda 612 özünüöldürmə və özünüöldürməyə cəhd hadisələri qeydə alınıb". Sputnik
Azərbaycan
 xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev qurumda keçirilən geniş kollegiya iclasında bildirib.
O deyib ki, bu hadisə ilə bağlı 81 cinayət işi açılıb, 6 nəfər iş üzrə təqsirləndirilən şəxs kimi istintaqa cəlb edilib, 5-nin işi isə məhkəməyə göndərilib.
Baş Prokuror bildirib ki, ötən il qəsdən adam öldürməyə cəhdlə bağlı 156 cinayət hadisəsi baş verib. Həmin cinayətlərin 155-i açılıb. Yalnız bir iş açılmamış olaraq qalıb. Həmin cinayət Abşeron rayonunda qeydə alınıb.
Qeyd edək ki, son iki ildə Azərbaycanda qeydə alınan intihar və özünü öldürməyə cəhd hadisələri üzrə statistika açıqlanıb. Bu, "Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının illik məlumatı"nda əksini tapıb.
Sənədə əsasən, 2019-2020-ci illərdə ölkədə 1 182 intihar və 1 830 intihara cəhd hadisəsi baş verib.
Belə ki, özünü öldürən şəxslərin sayı 2019-cu ildə 585 olubsa, bu rəqəm keçən il 597 olub: "Özünü öldürməyə cəhd edən şəxslərin sayına gəlincə, bu 2019-cu ildə 863 nəfər olub. Keçən il isə 967 nəfər intihara cəhd edib".
Bildirilib ki, kişilər arasında intihar halları qadınlara nisbətən daha çox baş verir.
:http://arannews.com/
  • Yazılıb
  • da (də) 2023 May 10
  • Göndərən رضا رستمی