Tarix : 2023 May 17
Kod 63573

KİV: Ərdoğan və Putin arasında telefon danışığı gözlənilir

Moskva müqavilənin uzadılmasının tərəfdarı olmasa da, prezident Ərdoğan və Putin arasında telefon danışığı olacağı gözlənilir.
http://arannews.com/: BAKI, 17 may — Sputnik. Taxıl sazişinin müddətinin uzadılması məsələsində kritik 24 saat yaxınlaşır, Türkiyə və Rusiya Federasiyası prezidentləri arasında danışıqlar mümkündür. Bu barədə Türkiyənin "Hürriyet" qəzeti yazıb.
2022-ci il iyulun 22-də Rusiya, Türkiyə, Ukrayna və BMT nümayəndələri tərəfindən imzalanan Qara Dəniz Taxıl Təşəbbüsü Odessa da daxil olmaqla üç limandan Ukrayna taxılının, ərzaq və gübrələrin Qara dəniz vasitəsilə ixracını nəzərdə tutur. Gəmilərin hərəkətinin koordinasiyası İstanbuldakı Birgə Koordinasiya Mərkəzi tərəfindən həyata keçirilir. Rusiya prezidenti Vladimir Putin sentyabrda qeyd edib ki, Qərb Ukrayna taxılının böyük hissəsini Afrikanın ehtiyacı olan ölkələrinə deyil, öz dövlətlərinə ixrac edir. 2023-cü il martın 18-dən Rusiya sazişin müddətini 60 gün - mayın 18-dək uzadıb.
"BMT və Türkiyənin vasitəçiliyi ilə bağlanan taxıl dəhlizi sazişinin müddəti sabah başa çatır. Moskva müqavilənin uzadılmasının tərəfdarı olmasa da, prezident Ərdoğan və Putin arasında telefon danışığı olacağı gözlənilir", - nəşr yazır.
Qəzet bildirir ki, taxıl sazişi çərçivəsində yarısı qarğıdalı olmaqla 30 milyon ton yük daşınıb. "Yük gəmiləri Boğaziçi ilə 1085 səfər edib", - "Hürriyet" yazır.
Taxıl təşəbbüsü paket sazişin tərkib hissəsidir. İkinci hissə - üç il müddətinə nəzərdə tutulmuş Rusiya-BMT memorandumu - Rusiyanın ərzaq və gübrə ixracınınimkan yaradılması, Rusiya Kənd Təsərrüfatı Bankının SWIFT-ə yenidən qoşulmasını, kənd təsərrüfatı texnikası, ehtiyat hissələri və xidmətlərin tədarükünün bərpasını, Togliatti-Odessa ammonyak boru kəmərinin bərpası və bir sıra digər tədbirləri nəzərdə tutur. Moskvada qeyd edir ki, paket sazişinin bu hissəsi hələ də həyata keçirilməyib.
  • Yazılıb
  • da (də) 2023 May 17
  • Göndərən رضا رستمی