Bakı və Daşkənd Hacıqabul Sənaye Məhəlləsində yeni avtomobil istehsalı zavodunun təməlini qoyublar. Azərbaycan və Özbəkistan birgə müəssisəsi haqqında daha ətraflı məlumat Sputnik Azərbaycan-ın infoqrafikasında.
arannews.com : BAKI, 15 may — Sputnik. Azərbaycan İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyi, Respublika:http Maşın və Avadanlıq İstehsalçıları Assosiasiyası və Özbəkistanın "Uzavtosanoat" ASC arasında Azərbaycan Respublikasında avtonəqliyyat vasitələrinin istehsalının genişləndirilməsi üzrə əməkdaşlığa dair memorandum imzalanıb./
Eyni zamanda Hacıqabul Sənaye Məhəlləsində birgə müəssisənin təməlqoyma mərasimi keçirilib. "Azərmaş CP" "Uzavtosanoat" ilə birgə 16 hektar ərazidə ümumi sahəsi 32 min kvadratmetr olan avtomobil istehsalı zavodunun tikintisini planlaşdırılır.
İldə 30 min avtomobil istehsal etmək gücündə olan zavodda avtomobillərin yığılması, qaynaqlanması və rənglənməsi həyata keçiriləcək. 2025-ci ildə istifadəyə verilməsi planlaşdırılan birgə müəssisəyə qoyulan sərmayələr təxminən 51,8 milyon dollar təşkil edəcək.
http://arannews.com/