Tarix : 2023 May 21
Kod 63577

Gəncədə kafeyə qumbara atılıb

Baş Polis İdarəsinin və 2-ci Polis Şöbəsinin əməkdaşları hadisə yerinə cəlb olunub.
arannews.com/: BAKI, 20 may - Sputnik. Gəncədə qumbara partlayıb.
APA-nın məlumatına görə, hadisə şəhərin Vəli Xuluflu küçəsində qeydə alınıb.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı kapitanı Eşqin Qasımov bildirib ki, Gəncə Şəhər Baş Polis İdarəsinə şəhər ərazisindəki kafelərdən birinə partlayıcı maddə atılması barədə məlumat daxil olub.
Dərhal Baş Polis İdarəsinin və 2-ci Polis Şöbəsinin əməkdaşları hadisə yerinə cəlb olunub. Müvafiq araşdırmalar aparılır. Hadisə nəticəsində xəsarət alan olmayıb. Hazırda hadisəni törətməkdə şübhəli bilinən şəxs və ya şəxslərin müəyyən edilməsi istiqamətində zəruri əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Faktla bağlı əlavə məlumat veriləcək.
  • Yazılıb
  • da (də) 2023 May 21
  • Göndərən رضا رستمی