Tarix : 2008 Aug 06
Kod 6358

General Vəli Kiçiklə bağlı şok məlumatlar

Vəli Kiçiklə bağlı sensasion məlumatları isə istintaqa Türkiyə kəşfiyyatının – Milli İstihbarat Təşkilatının (MİT) anti-terror idarəsinin sabiq rəhbəri Mehmet Eymür verib
Turkyə Servisi/Aran Agentliyi
   Ergenekon”la bağlı istintaq materialları gün işığına çıxdıqdan sonra hər gün yeni xəbərlər, faktlar ortaya çıxır. 2455 səhifəlik cinayət işindən anlaşılan bu ki, istintaq qrupu “Ergenekon” adlandırılan və terror təşkilatı olduğu iddia edilən qrupun lideri kimi Azərbaycan əsilli general Vəli Kiçiki qələmə verir.
   
    Vəli Kiçiklə bağlı sensasion məlumatları isə istintaqa Türkiyə kəşfiyyatının – Milli İstihbarat Təşkilatının (MİT) anti-terror idarəsinin sabiq rəhbəri Mehmet Eymür verib. Lent.az-ın Türkiyə mətbuatına istinadən xəbərinə görə, istintaq tərəfindən könüllü olaraq şahid kimi dindirilən M.Eymür PKK lideri Abdullah Öcalanın həbsi və general Vəli Kiçikin fəaliyyəti ilə bağlı maraqlı açıqlamalarda bulunub.
   
    33 il MİT-də çalışan M.Eymür qeyd edib ki, Öcalanın uzun illər yaxalanmamasının səbəbi Türkiyənin müxtəlif dairələrinin təmsilçilərinin buna maraq göstərməməsi və hətta maneçilik törətməsi olub. Onun sözlərinə görə, baş terrorçunun yerinin müəyyən edilməsi üçün çeçen mafiyasına, Belçikadan olan istefada olan hərbçilərə və britaniyalı agentə külli miqdarda pul verilsə də, bir nəticə hasil olmayıb.
   
    Vəli Kiçiklə 1983-cü ildə Mardində tanış olduğunu deyən M.Eymür istintaqa onun erməni dilini mükəmməl səviyyədə bildiyini söyləyib: “Dediyinə görə, doğulduğu kənddə erməni qonşuları olub. Erməni dilini də onlardan öyrənib”. M.Eymür qeyd edib ki, Vəli Kiçik adı silah və narkotik qaçaqmalçılığında hallanan Behçet Cantürk və Savaş Buldan kimi çirkin reputasiyalı şəxslərin öldürüldükdən sonra meyitlərinin onun görəv yapdığı bölgəyə atılmasından şikayət edər, bu faktı özünün şəxsi təhlükəsizliyi üçün maneə sayarmış.
   
    M.Eymür qyed edib ki, Vəli Kiçikin Azərbaycan və Kərkükdəki bəzi proseslərə qarışması MİT və Xarici İşlər Nazirliyi tərəfindən etirazla qarşılanmış, bu səbəbdən ona bir neçə dəfə xəbərdarlıq olunmuşdu: “Ölkələrarası münasibətlərə xələl gətirdiyi üçün ona xəbərdarlıq edildiyini həm Vəli paşanın özündən, həm də dostlarımdan duydum. Vəli Kiçikin Azərbaycanda Əliyev əleyhdarı olan şəxslərin yüksək məqamlara gəlməsi, İraqda isə Kərkükün türk kimliyinin qorunması üçün çalışmalar göstərib. Özəlliklə Kərkükdə Yusuf Ziya Arpacık kimi bazı milliyyətçi və savaşçı şəxslərlə əlaqələrinin olduğunu, bu ilişkilərin dövlətin yuxarı instansiyaları rahatsız etdiyini eşitmişdim. Bir dəfə ona “Paşam, türkləri bir araya gətirməyi burax, Türkiyə əldən gedir, onu qurtarmaq lazım” dedim. Azərbaycanda və Kərkükdəki fəaliyyətləri ilə nə məqsəd güddüyünü tam bilmirəm”.
 
  • Yazılıb
  • da (də) 2008 Aug 06