Tarix : 2023 May 24
Kod 63580

Rusiya və Çin arasında memorandum imzalanıb

Tərəflər Rusiya-Çin regionlararası xidmətlər sahəsini inkişaf etdirmək, iki ölkə müəssisələrinin xidmətlər sahəsinin inkişafına yönəlmiş müxtəlif sərgi və yarmarkalarda iştirakını təşviq etmək barədə razılığa gəliblər.
:arannews.com BAKI, 24 may — Sputnik. Rusiyanın İqtisadi İnkişaf Nazirliyi və Çinin Ticarət Nazirliyi arasında xidmətlər sahəsində əməkdaşlığın dərinləşdirilməsinə dair memorandum imzalanıb. Bu barədə Rusiya İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Sənəd Pekində keçirilən Rusiya-Çin biznes forumu zamanı iki ölkənin nazirliklərinin rəhbərləri tərəfindən imzalanıb.
Tərəflər Rusiya-Çin regionlararası xidmətlər sahəsini inkişaf etdirmək, iki ölkə müəssisələrinin xidmətlər sahəsinin inkişafına yönəlmiş müxtəlif sərgi və yarmarkalarda iştirakını təşviq etmək, habelə Rusiya və Çin müəssisələrini bu sahədə birgə tədbirlər keçirməyə həvəsləndirmək barədə razılığa gəliblər.
Rusiya İqtisadi İnkişaf Nazirliyinin rəhbəri Maksim Reşetnikov xidmətlər sahəsi Rusiya və Çin arasında münasibətlərdə getdikcə daha mühüm rol oynayır, dövlətlərimiz arasında ticarətin davamlıinkişafına töhfə verir deyib.
Digər tərəfdən, bu memorandum ölkələrimiz arasında ikitərəfli xidmət sahələrinin artırılmasına dair əvvəllər bağlanmış sazişlərin davamı, digər tərəfdən isə Rusiya-Çin iqtisadi əməkdaşlığının 2030-cu ilə qədər əsas sahələrinin inkişafı planının həyata keçirilməsində mühüm məqam idi.
Xidmətlər sahəsində əməkdaşlığın dərinləşdirilməsinə dair memorandum üç il müddətində qüvvədədir və imzalandığı gündən qüvvəyə minir.
  • Yazılıb
  • da (də) 2023 May 24
  • Göndərən رضا رستمی