Putin ümid edir ki, bugünki görüş bir sıra məsələlərin praktik həlli üçün yaxşı proloq olacaq.
:arannews.com : BAKI, 25 may — Sputnik. Mayın 25-də Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə üçtərəfli Zirvə görüşü olub.
Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Rusiya KİV-ləri görüşün 20 dəqiqə çəkdiyini açıqlayıb.
Mən Azərbaycan və Ermənistan tərəfinə növbəti görüşün keçirilməsinə operativ reaksiya verdiklərinə görə minnətdaram.
Rusiya Prezidenti Vladimir Putin Moskvada Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçtərəfli Zirvə görüşündə deyib.
Putin ümid edir ki, bugünki görüş bir sıra məsələlərin praktik həlli üçün yaxşı proloq olacaq.
"Məhz bizim format sayəsində çox şeylərə nail olunub. 2020-ci ildə təkcə hərbi əməliyyatlara son qoyulmayıb, iqtisadi və nəqliyyat kommunikasiyalarının açılması və sərhədlərin delimitasiyası ilə bağlı işə başlanılıb. Bu müddət ərzində çox hadisələr baş verib. Detallara varmayacağam. Ümumilikdə, mənim fikrimcə, problemlərin çətinliklərinə baxmayaraq, vəziyyət nizamlanma istiqamətində inkişaf edir. Bu istiqamətlərdən biri nəqliyyat kommunikasiyaları ilə bağlı işdir. Biz indi göz-gözə bu barədə danışdıq. Hələ də nizamlanmamış məsələlər var. Lakin fikrimcə, bu problemlər sırf texniki xarakter daşıyır", - deyə Putin bildirib .
Moskvada Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya lideri Vladimir Putin və Ermənistan baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüşün başlanması gözlənilir.
Bundan əvvəl Moskvada Ali Avrasiya İqtisadi Şurasının iclası çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya lideri Vladimir Putin arasında ikitərəfli görüş olub.
Azərbaycan prezidenti İlham Əliyev Moskvaya işgüzar səfərdədir
Səfər çərçivəsində Rusiya, Azərbaycan və Ermənistan liderlərinin iştirakı ilə üçtərəfli görüş keçiriləcək.
"Kommersant"ın məlumatına görə, görüşün yekunlarına görə ən azı iki sənəd qəbul edilməlidir.
Onlardan birincisini baş nazirlərin müavinləri hazırlayıb - nəqliyyat kommunikasiyalarının blokdan çıxarılması haqqında.
"Kommersant" yazır ki, ikinci sənəd Əliyev, Paşinyan və Putinin beşinci birgə bəyanatı və bu barədə üç ölkənin Xarici İşlər nazirliklərinin fəaliyyəti ilə bağlı olacaq.
Ekspertlərin fikrincə, ikinci sənədin əsas məqamı Ermənistan və Azərbaycan tərəfindən bir-birinin ərazi bütövlüyünün qarşılıqlı tanınmasıdır. Paşinyanın bununla bağlı Ermənistanda səs-küyə səbəb olan son açıqlamaları Ermənistan cəmiyyətini bu hadisəyə hazırlamaq məqsədi daşıyıb.
Birinci sənəd bir tərəfdən Ermənistanla Qarabağ, digər tərəfdən isə Naxçıvanla Azərbaycanın qalan hissəsi arasında kommunikasiyaların bərabər statusunu təsdiq etməlidir.
Prezident İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə mayın 25-də Moskvaya işgüzar səfərə gəlib.
Moskvanın Vnukovo-2 beynəlxalq hava limanında dövlət başçısını Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin və digər rəsmi şəxslər qarşılayıblar.
Xatırladaq ki, mayın 14-də Brüsseldə işgüzar səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyanla görüşü keçirilib.
Ermənistanın baş naziri Nikol Paşinyan mayın 25-də Moskvada Azərbaycan prezidenti İlham Əliyevlə planlaşdırılan görüşəcəyini açıqlayıb.
"Rusiya tərəfdən mayın 25-də Rusiya prezidentinin vasitəçiliyi ilə üçtərəfli görüşün keçirilməsi təklifini almışıq. Biz bu təklifi qəbul etdik", - Paşinyan cümə axşamı hökumətin iclasında deyib.
Onun sözlərinə görə, iyunun 1-də Kişinyovda Fransa prezidenti, Almaniya kansleri və Avropa Şurası rəhbərinin iştirakı ilə Azərbaycan prezidenti ilə beştərəfli görüş planlaşdırılır.