Tarix : 2023 Jun 01
Kod 63586

Kişineuda Azərbaycan və Moldova prezidentlərinin görüşü olub

Azərbaycan Prezidenti “Avropa siyasi birliyi” 2-ci Zirvə Toplantısında iştirak etmək üçün mayın 31-də Moldova Respublikasına səfərə gedib.
:arannews.com : BAKI, 31 may - Sputnik. Mayın 31-də Kişineuda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Moldova Respublikasının Prezidenti Maya Sandu ilə görüşü olub.
Prezidentlər görüşdən əvvəl birgə foto çəkdiriliblər.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Avropa siyasi birliyi” 2-ci Zirvə Toplantısında iştirak etmək üçün mayın 31-də Moldova Respublikasına səfərə gedib.
Kişineu (Kişinyov) şəhərinin beynəlxalq aeroportunda dövlət başçısını rəsmi şəxslər qarşılayıblar.
İyunun 1-də Avropa Siyasi Birliyinin növbəti zirvə toplantısı keçiriləcək. Sammit Moldovanın paytaxtı Kişineuda baş tutacaq.
Toplantıda Azərbaycan Prezidenti İlham Əliyev də iştirak edəcək. Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel Moldovada Azərbaycan lideri İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüşün keçiriləcəyini bildirib.
  • Yazılıb
  • da (də) 2023 Jun 01
  • Göndərən رضا رستمی