Tarix : 2023 Jun 02
Kod 63587

Azərbaycan və Ermənistan liderlərinin Brüsseldə növbəti görüşünün tarixi dəqiqləşib

Moldova paytaxtında Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan, Aİ Şurasının Prezidenti Şarl Mişel, AFR Kansleri Olaf Şolts və Fransa Prezidenti Emmanuel Makron arasında qeyri-rəsmi görüş olub.
arannews.com :BAKI, 1 iyun - Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyan arasında növbəti görüş iyulun 21-də olacaq.
APA xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Kişinyovda keçirilən beştərəfli görüşdən sonra bildirib.
O, görüşün Brüsseldə baş tutacağını qeyd edib.
 İyunun 1-də Kişineuda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts və Fransa Respublikasının Prezidenti Emmanuel Makron arasında qeyri-rəsmi görüş keçirilib.
Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
Beştərəfli görüş bir saat yarım davam edib.
Daha sonra isə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin qeyri-rəsmi görüşü baş tutub.
Azərbaycan, Ermənistan, Avropa İttifaqı Şurası, Almaniya və Fransa liderlərinin qeyri-rəsmi görüşü başlayıb.
Moldovanın paytaxtı Kişineuda Prezident İlham Əliyev, Ermənistan baş naziri Nikol Paşinyan, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Almaniyanın Kansleri Olaf Şolts və Fransanın Prezidenti Emmanuel Makron arasında qeyri-rəsmi görüş başlayıb.
  • Yazılıb
  • da (də) 2023 Jun 02
  • Göndərən رضا رستمی