Tarix : 2023 Jun 04
Kod 63588

Ankarada İlham Əliyevlə Nikol Paşinyan arasında görüş olub

Azərbaycan Prezidenti və Ermənistan Baş naziri gələn həftə növbəti görüşü keçirmək niyyətindədirlər.
arannews.com : BAKI, 3 iyun - Sputnik. Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan Ankarada qısa görüş keçiriblər.

"TRT" telekanalı xəbər verir ki, Azərbaycan və Ermənistan liderləri ikitərəfli münasibətlərin normallaşdırılması məsələlərini müzakirə ediblər.

Azərbaycan Prezidenti və Ermənistan Baş naziri gələn həftə növbəti görüşü keçirmək niyyətindədirlər.
Xatırladaq ki, həm İlham Əliyev, həm də Nikol Paşinyan növbəti dəfə Türkiyənin prezidenti seçilmiş Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimində iştirak etmək üçün bu gün Ankaraya gediblər.
  • Yazılıb
  • da (də) 2023 Jun 04
  • Göndərən رضا رستمی