Az.R dövlətinin bu hökmü çox gizli bir təlimat çərçivəsində Az.R telekanallarının yüksək səviyyəli müdürlərinə bildirilib və hal-hazırda icra edilməkdədir
Azərbaijan Servisi/Aran Agentliyi
Az.R bu ölkə telekanallarından İran filmləri və teleseriallarının yayımına qadağa qoydu. "Əlborz" Xəbər Agentliyinin verdiyi məlumata əsasən, Az.R-da bir məlumatlı mənbə bu xəbəri bildirərək, deyib: Az.R dövlətinin bu hökmü çox gizli bir təlimat çərçivəsində Az.R telekanallarının yüksək səviyyəli müdürlərinə bildirilib və hal-hazırda icra edilməkdədir.
Qeyd edilən göstəriş elə bir halda verilir ki, Az.R-nın müxtəlif telekanalları, o cümlədən ANS-dən İran filmələri və teleseriyalları yayımı Az.R xalqının misili az görünmüş razılığı və rəğbəti ilə üzləşmişdi.
Az.R ANS telekanalının məsul şəxslləri bir neçə müddət öncə bildirmişdilər ki, rəy sorğularına əsasən tamaşaçılar İran teleseriallarını misili az görünmüş şəkildə müsbət qarşılayır və ona böyük rəğbət göstərirlər. Buna görə də, bu teleseriaların yayımı davam etdiriləcək.
İranlı film və teleserialların mənəvi dəyəri və ailə məsələsinə xüsusi diqqət yetirməsi, habelə iranlı serialları və filmlərin pozğunluqdan uzaq olması, bu kino və teleseriallar İran xalqı ilə böyük və dərin ortaqlıqlara malik olan Az.R xalqının böyük rəğbətini qazanmasının başlıca dəlilidir.
Qeyd etmək lazımdır ki, rəsmi Bakı son illər ərzində Amerika və Sionist rejimin istəkləri istiqamətində Az.R-da islami və milli dəyərlərin yenidən bərpası prosesi ilə müqabilə etmək üçün müxtəlif hərəkətlər həyata keçiribdir.