Tarix : 2023 Jun 09
Kod 63592

Təbrizdə çəltik sahəsi traktorlarının istehsalına başlanır

İran Təbriz Traktor Zavodunda çəltik traktorlarının layihələndirilməsi və istehsalı texnologiyasını əldə etməklə, dünyada bu növ məhsul istehsal etmək texnologiyasına malik ölkələrin sayına əlavə olundu.
arannews.com : Doktor Seyid İbrahim Rəisi xalq hökumətinin Təbrizə ikinci səfərinin planlarına uyğun olaraq, İran Traktor İstehsal Şirkətinin istehsal xəttini ziyarət edərkən, bu sənaye qrupunun iki yeni məhsulununun açılışını edib.
Çəltik traktorlarının istehsalının daxililəşdirilməsi ilə hər il 15 milyon dollar xarici valyutanın ölkədən çıxmasının qarşısı alınmasından əlavə, həm də bu tip traktorların ixracından ölkənin hər il beş milyon dollar gəlir əldə edəcəyi gözlənilir.
Traktor istehsalında bu tip traktorun dizaynı və istehsalı texnologiyasını əldə etməklə İran dünyada bu növ məhsul istehsal etmək texnologiyasına malik ölkələr sırasına əlavə edilib.
Doktor Rəisi İran Traktor İstehsalat Şirkətinin bu iki məhsulunun nümayişində hökumətin kənd təsərrüfatı sektorunda mexanizasiyanın inkişafı üçün 50 trilyon rial kredit ayrıldığını və bu imkanların İran traktorlarını alan fermerlərə verilməsini açıqlayıb.
 
  • Yazılıb
  • da (də) 2023 Jun 09
  • Göndərən رضا رستمی