Tarix : 2023 Jun 09
Kod 63593

İranın yeni dövrdə ağıllı oyunu

İran son dörd onillikdə ilk dəfə olaraq böyük dövlətlərin dəstəyini alıb. Tehran qabaqcıl sentrifuqalara, artan yüksək zənginləşdirilmiş uran ehtiyatına, habelə nüvə fizikləri və mühəndislərindən ibarət elit kadra malikdir.
arannews.com : 🔺 İran son dörd onillikdə ilk dəfə olaraq böyük dövlətlərin dəstəyini alıb. Tehran qabaqcıl sentrifuqalara, artan yüksək zənginləşdirilmiş uran ehtiyatına, habelə nüvə fizikləri və mühəndislərindən ibarət elit kadra malikdir. Yəqin ki, nüvə silahına doğru irəliləmək üçün İranın dini sisteminin qarşısında ciddi texniki maneə yoxdur. İranın Rusiya və Çinlə inkişaf edən müttəfiqliyi də Tehranın nüvə tərəqqisinə kömək edib.
 
🔹 Bu revizionist ittifaq İranın strateji tənhalığına son qoydu. Rusiya, Çin və İran hamılıqla Amerikanın gücünü məhv etmək istəyir. Onlar başa düşürlər ki, ümumi məqsədlərə nail olmaq üçün hərbi və iqtisadi sahədə bir-birinə kömək etməlidirlər. Bu səbəbdən İran İslam Respublikası Rusiyaya ilk baxışdan inqilabi və islami maraqları olmayan müharibədə istifadə edilməsi üçün PUA və artilleriya texnologiyası verir. İnanmaq çətindir ki, Tehranın nüvə mühəndisliyində çatışmazlıqları varsa, İrana qabaqcıl Su-35 qırıcıları və daha mükəmməl Hava Hücumundan Müdafiə sistemləri verməyə hazır olan Rusiya İranın İslam rejiminə nüvə texnologiyası və təcrübə verməkdən üz döndərəcək.
 
🔸 Uzun müddətdir ki, Qərbin xarici siyasət qurumları Rusiya və Çinin nüvə İranı istəmədiyinə əmin idilər. Lakin Yaxın Şərqdəki nüvə böhranı diqqəti Ukraynadakı müharibədən yayındırarsa, Vladimir Putinin bununla problemi olmayacaq. Rusiya da Amerika kimi onilliklərdir ki, öz yaxınlığında nüvə silahı ilə təchiz olunmuş ölkələrlə yaşayır. Yeganə yenilik budur ki, İranın nüvə bombası Amerikanın Yaxın Şərqdə və bütün dünyadakı maraqlarına ağır zərbə vuracaq. İyirmi ildir ki, Amerika hökumətləri İranın heç vaxt nüvə silahı əldə etməsinə icazə verilməyəcəyini vurğulayır. İran bunu edəndə, Amerikanın Yaxın Şərqdəki qorxusunun qalıqları da buxarlanacaq.
 
🔹 Çinin Yaxın Şərqdən neftə olan ehtiyacı da bölgəni gərginləşdirib. Çin prezidenti Si Tsinpin, Putinin Ukraynanı udmaq üçün apardığı müharibədən; Çinin ikinci ən böyük ticarət tərəfdaşı olan Avropa İttifaqında sabitliyi pozan bu müharibə barədə təqribən heç bir narazılıq bildirmədi. İranın nüvə bombası da Amerikanın Yaxın Şərqdən çıxmasını sürətləndirə bilər. Amerika siyasi təbəqəsi həmişə İranın nüvə obyektlərinə hərbi hücum ideyasına qarşı allergiya ilə üzləşib. Təsəvvür etmək çətin deyil ki, onlar İranın nüvə bombasının ümumi güc balansına o qədər də təsir etməyəcəyi əsaslandırması qənaətinə gələ bilərlər. Vaşinqtonda artan ənənəvi məntiq Asiyaya yönəlməyi tövsiyə edir.
  • Yazılıb
  • da (də) 2023 Jun 09
  • Göndərən رضا رستمی