Tarix : 2023 Jun 11
Kod 63594

İran istehsalı olan radiofarmasevtiklərlə hər il bir milyon xəstə müalicə olunur

İran Prezidentinin köməkçisi və İranın Atom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd İslami: “Hər il bir milyon xəstənin ölkədə istehsal olunan radiofarmasevtik vasitələrdən istifadə etməsi üçün şərait yaradılmışdır və bir sıra ölkələr bu məhsulların ixrac istiqamətləri kimi müəyyən edilmişdir.”
arannews.com : İranın Atom Enerjisi Təşkilatının rəhbəri vurğulayıb: “Kənd təsərrüfatı, səhiyyə, sənaye, ətraf mühit və digər sahələrdə atom elektrik stansiyalarının inkişafı, radiasiya, radiofarmasevtikadan istifadə və digər yeni texnologiyaların tətbiqi gündəmdədir və xoşbəxtlikdən bu dövrdə parlaq nəticələr əldə edilmişdir.”
Məhəmməd İslami əlavə edib: “Atom Enerjisi Təşkilatındakı ən mühüm mövzularımızdan biri radiofarmasevtika istehsalı və nüvə təbabətinə diqqət yetirməkdir. Hər il bir milyon xəstənin ölkədə istehsal olunan radiofarmasevtik vasitələrdən istifadə etməsi üçün şərait yaradılıb və bəzi ölkələr məhsullarımızın ixrac istiqamətləri kimi müəyyən edilib. Ümumiyyətlə, cəmiyyətimizdə və ölkəmizdə bütün bu halların təsirinin şahidi oluruq.”
M. İslami qeyd edib ki, xalq nüvə bilikləri üçün hakimiyyətlə birlikdə sanksiyalara müqavimət göstərdi və nüvə enerjisinə sahib olmaq iranlıların milli idealına çevrildi. Xalq dəfələrlə “Nüvə enerjisi bizim ayrılmaz hüququmuzdur” şüarını səsləndirib, düşmənin nüvə obyektlərini bombalamaq təhdidlərinə qarşı, zənginləşdirmə sənayesini müdafiə etmək məqsədilə kəfən geyinib və bu obyektlərin ətrafında kilometrlərlə insan zənciri yaradıb.
İran Atom Enerjisi Təşkilatının rəhbəri əlavə edib: “İndi biz kənd təsərrüfatı məhsullarının sağlamlığı ilə bağlı bütün prosesləri (istər zərərvericilərə qarşı mübarizə sahəsində, istərsə də kimyəvi toksinlərin qalıqlarının aradan qaldırılması sahəsində) nüvə radiasiyası ilə (qamma şüaları, mikrodalğalı dezinfeksiya, rentgen şüaları və ya soyuq plazma vasitəsilə) izləyə bilirik və bütün bu radiasiya avadanlıqları bir sistemə çevrilib. Ölkəmizdə hər il 130 milyon tona yaxın kənd təsərrüfatı məhsulları istehsal olunur. Bu avadanlığın istifadəsi bu sektorda istehsal olunan məhsullarda qalan kənd təsərrüfatı toksinlərini çıxaracaq və insanlarda xəstəliyin törənməməsinə səbəb olacaq. Həmçinin, hər il İranda həcmi 40 milyon tona bərabər olan ərzaq məhsullarının təxminən 30%-i müxtəlif səbəblərdən xarab olur və tullanır. Hansı ki, bu avadanlıqlardan və şüalandırıcı məhsullardan istifadə onların erkən xarab olmasının qarşısını alacaq və saxlama müddətini artıracaq.”
  • Yazılıb
  • da (də) 2023 Jun 11
  • Göndərən رضا رستمی