Tarix : 2023 Jun 11
Kod 63595

Barbara Slavin: İran və ABŞ artıq nüvə sazişini bərpa etmək ardınca deyil

Qlobal hadisələr nüvə sazişinin onun tərəfləri, xüsusilə də iki əsas tərəfi, yəni İran və ABŞ üçün əhəmiyyətinin azalmasına səbəb olub.
arannews.com : İran hazırda bir neçə nüvə bombası hazırlamaq üçün kifayət qədər zənginləşdirilmiş urana malikdir və Beynəlxalq Atom Enerjisi Agentliyi isə yalnız bu ölkənin nüvə fəaliyyətini yoxlaya bilər. Suriyada İranın dəstəklədiyi silahlılar bu yaxınlarda bir amerikalı podratçını öldürüb. Bundan əlavə, İran İraqda ən nüfuzlu xarici oyunçu olaraq qalır, hansı ki, ABŞ o zaman (İrandan) daha böyük təhlükə hesab etdiyi rejimi aradan qaldırmaq üçün iyirmi il əvvəl bu ölkəyə hücum etdi.
 
Co Bayden administrasiyasının, avropalıların, daha əvvəl isə Rusiya və Çinin JCPOA-nı canlandırmaq səylərinə baxmayaraq, bu baş vermir. Görünən odur ki, prezidentliyin ikinci turuna qatılmağı planlaşdıran Bayden Tehranla ümumiyyətlə anlaşmaq istəmir, çünki seçki məsələsinə çevrilə bilər. Avropalıların diqqəti Ukraynadakı müharibəyə yönəlib və İranın Rusiya ilə artan hərbi əlaqələrinə görə qəzəblidirlər. Trampın ABŞ-ın sanksiyalarını yenidən tətbiq etməsindən sonra İranla ticarəti davam etdirə bilməyən Avropa Tehranla diplomatik kanallarını qoruyub saxlasa da, təzyiq rıçaqları 5 il əvvəlki ilə müqayisədə xeyli zəifləyib.
 
Vaxtilə nüvə danışıqlarının əsas iştirakçılarından biri (və İranın nüvə silahı əldə etməsinin qarşısını almaqda qərb müttəfiqi] olan Rusiya indi ağır sanksiyalar altında başqa bir ölkə ilə (özü kimi) ittifaq yaratmağa daha çox önəm verir.
 
İranın ərəb qonşuları, bir vaxtlar qəti şəkildə qərbyönlü və ən yaxşı halda JCPOA-ya şübhə ilə yanaşan, bəzən isə ona qarşı olan ölkələr indi onu canlandırmağı arzu edirlər, müstəqil şəkildə Tehranla müqavilə bağlayır və Amerikanın rəqibi olan dünya dövləti, yəni Çinlə münasibətlərini gücləndirirlər. Buna əsasən, Səudiyyə Ərəbistanı Yəməndəki müharibəni dayandırmaq, zəif infrastrukturunu və iddialı iqtisadi inkişaf planlarını qorumaq məqsədi ilə Tehranla atəşkəs hesab olunan münasibətlərə nail olmaq üçün Çinə müraciət etdi.
  • Yazılıb
  • da (də) 2023 Jun 11
  • Göndərən رضا رستمی