Tarix : 2023 Jun 11
Kod 63596

Ayətullah Xamenei: Məqsəd qoysaq, Qərb İranın nüvə silahı hazırlamasına mane ola bilməz

İran Ali Lideri Əli Xamenei ölkənin atom sənayesinin nümayəndələri ilə görüşüb.
arannews.com : BAKI, 11 iyun - Sputnik. Əgər İran qarşısına məqsəd qoysa, Qərb Tehranın nüvə silahına sahib olmasına mane ola bilməz.
APA-nın verdiyi xəbərə görə, bunu İran Ali Lideri Əli Xamenei ölkənin atom sənayesinin nümayəndələri ilə görüşdə bildirib.
Əli Xamenei deyib ki, 20 il ərzində düşmənlər (Qərb dövlətləri) İranın atom sənayesinin inkişafına maneələr yaradıblar və bunu nüvə silahı bəhanəsi altında ediblər: “Onlar bilirlər ki, biz nüvə silahına can atmırıq. Əgər bu belə olmasaydı, onlar bizi dayandıra bilməzdilər”.
  • Yazılıb
  • da (də) 2023 Jun 11
  • Göndərən رضا رستمی