Tarix : 2023 Jun 12
Kod 63597

Ərdoğanın böhrandan çıxmaq üçün xarici kapitala ehtiyacı var

Ərdoğanın yeni prezidentlik dövründə ən mühüm məsələ və narahatlıq Türkiyə iqtisadiyyatı və cilovlana bilməyən inflyasiya məsələsidir. Həmin mövzu ekspert və analitiklərin diqqətini özünə cəlb etmişdir.
arannews.com : Bir çox qərb analitikləri prezident seçkilərinin ikinci turunda Ərdoğanın qələbəsindən sonra türk lirəsinin tarixi minimum həddinə çatacağını proqnozlaşdırmışdı və bu, hər dolların 28 lirəyə bərabər olması ilə öz təsdiqini tapdı. İnflyasiyanın sürətlə artması ilə Türkiyə prezidenti aşağı faizlə (8,5 faiz) pul siyasəti yeridir ki, bu da əksər iqtisadçıların nəzəriyyəsinə ziddir. Ona görə də seçki nəticəsində türk lirəsinin dollar qarşısında kəskin ucuzlaşmasının səbəbini anlamaq çətin deyil. Səbəb sadədir. Birləşmiş Ştatlar və onun nəzarətində olan qlobal maliyyə qurumları əsasən mühafizəkar (millətçi və islamçı) kəsimə mənsub olan türkiyəli seçicilərin, Ərdoğanı seçməsinə tənqidi reaksiya verdi.
Amma Ərdoğanın qələbəsi Türkiyənin dağıdıcı zəlzələdən və iki tur sərt seçkilərdən sonra daha da mürəkkəbləşən maliyyə və digər sosial-iqtisadi problemlərini heç bir şəkildə azaltmayacaq. Ərdoğan faizləri aşağı salmasa, hansı siyasətə keçməlidir? Digər tərəfdən, faiz artımı çətin vəziyyətlərdə liderini dəstəkləyən sadə vətəndaşların sosial həyatında əks proseslərə səbəb ola bilər. Sadə dillə desək, yüksək faizlə həyata keçirilən biznes və işlər malların qiymətini artırır, həm də Türkiyə məhsullarının ixrac imkanları azaldır və nəticədə Türkiyə rəqabətli xarici bazarlarda yerini itirir. Avtoritar idarəetmə üsullarından istifadə edən Türkiyə prezidenti praktiki olaraq öz mərkəzi bankına kredit faizlərini aşağı səviyyədə saxlamağı tapşırıb. Yerli sahibkarlara münasibətdə bu cür proteksionizm Ərdoğana sənaye istehsalını saxlamağa, ixracı artırmağa və bununla da valyuta gəlirlərini artırmağa imkan verdi. Bununla belə, Avropa və ABŞ-a yönəlmiş və onlarla əlaqəli olan böyük şirkətlər əldə etdikləri mənfəətə görə Ərdoğanın siyasətindən narazıdırlar.
Belə olan halda geniş miqyasda itaətsizlik dalğasının və “kortəbii” anti-hökumət etirazlarının başlaması ehtimalı var. Əslində Ərdoğan sələflərindən biri olan Adnan Menderesin taleyini yaşayacaq. Menderes əvvəlcə iqtisadi tərəqqiyə nail oldu, sonra öz nüfuzunu, populizmini və millətçiliyini gücləndirməyə diqqət yetirdi. Nəticədə etiraz edən tələbələr öldürüldü, general Camal Gürselin rəhbərlik etdiyi hərbi çevriliş və bir sıra nazirlər vətənə xəyanət ittihamı ilə həbs olundu.
Təbii ki, zaman dəyişib. Ərdoğanın sələfləri (məsələn, Süleyman Dəmirəl, Turqut Özal, Necməddin Ərbakan) Türkiyənin siyasi həyatında ordu və kəşfiyyat xidmətlərinin təsirini azaltmağa müvəffəq olmadılar, amma görünür, Ərdoğan islahatlar, kadr təmizləmələri və 2016-cı ilin iyulunda uğursuz çevrilişdən sonra geniş repressiyalar vasitəsilə bu işdə uğur qazanıb.
Təbii ki, müasir Türkiyə milli valyutanın məzənnəsini sabitləşdirmək və zəlzələ zonasında beşillik tikinti planını həyata keçirmək üçün xarici tərəfdaşların ciddi maliyyə yardımına ehtiyac duyur. Ərdoğan seçkiqabağı zəlzələdən zərər çəkmiş rayonların sakinlərinə verdiyi vədlərdə bir il ərzində şəraiti bərpa edəcəyinə söz versə də, dağıntının miqyası prezidentin istəklərini yerinə yetirməyi çox çətinləşdirir.
 
Türkiyənin gözü xarici kapitalda
Bu gün Türkiyənin nə qədər pula ehtiyacı var? Bəzi ekspertlərin fikrincə, iqtisadi islahatlar və onun bərpası üçün Ərdoğana ən azı 100 milyard dollar lazımdır. Bu rəqəm az olmasa da, reallaşdırmaq olar. Bəs bu gün Türkiyə iqtisadiyyatına kim və hansı qurumlar kömək edə bilər? İlk növbədə zəngin Avropa ölkələridir. Qərb mediasının pis təbliğatına baxmayaraq, Ərdoğan ölkəni böhrandan çıxarmaq üçün dəfələrlə Avropadan maliyyə yardımı istəyəcək. Birincisi, Türkiyənin bir ticarət ortağı kimi əhəmiyyəti coğrafiyasına diqqət etməklə Brüssel üçün çox önəmlidir. İkincisi, Türkiyə son iki onillikdə beynəlxalq logistika və enerji infrastrukturunun qurulmasında böyük irəliləyiş əldə edib və Avropanın özü böyük dərəcədə ondan asılıdır. Üçüncüsü, Türkiyə Rusiyadan daha bir unikal meqalayihə, qaz qovşağı alır, hansı ki, bu, Aİ ölkələri üçün mütləq maraqlı olacaq. Dördüncüsü, Ursula fon der Leyen tərəfindən imzalanmış qaz müqaviləsi üzrə Avropa İttifaqının Azərbaycanla razılaşması, hansı ki, yenə Türkiyə ərazisindən tranzit keçməklə mümkündür.
Türkiyə iqtisadiyyatının avropalılar üçün əhəmiyyətinin beşinci səbəbi budur ki, Rusiya ilə Ukrayna arasında hərbi-siyasi böhranın davam etməsi səbəbindən taxıl ticarəti yalnız Türkiyə üzərindən davam edir. Bu məsələ qərb üçün daha xoşagəlməz olsa da, yenə də Ukrayna taxılını Avropaya çatdırır. Türkiyənin Aİ üzərində təsir rıçaqlarını və təsir imkanlarını gücləndirmək üçün başqa səbəblər tapmaq yəqin ki, çətin deyil. Yuxarıda göstərilənlərin hamısı o deməkdir ki, Brüssel və digər mühüm Avropa paytaxtları (məsələn, Berlin, London, Roma, Bern, Madrid, Stokholm) Türkiyə üçün “100 milyard dollar” böhran paketinə hələ də töhfə verməlidir.
Türkiyə üçün digər mühüm və nisbətən etibarlı maliyyə dəstəyi mənbəyi Türk Dövlətləri Təşkilatında (OTT) maliyyə resursları ilə zəngin olan bəzi müttəfiq ölkələr, xüsusilə də Azərbaycan, Qazaxıstan, Türkmənistan və Özbəkistan ola bilər. İkinci Qarabağ müharibəsində onun davamlı dəstəyinə görə Bakının Ərdoğanla yaxın münasibətləri var. Azərbaycan təbii fəlakət bölgəsində humanitar yardım göstərən ilk ölkələr sırasındadır. Bakı artıq Türkiyənin zəlzələdən zərər çəkmiş bölgəsində yaşayış binaları, təhsil müəssisələri, klinikalar və digər sosial infrastrukturun tikintisi üçün 100 milyon dollarlıq layihə elan edib. Amma ola bilsin ki, OTS ölkələri Türkiyəyə maliyyə və maddi yardım üçün yeni birləşmiş təşəbbüslər təqdim etsinlər.
Həmçinin Türkiyənin maliyyə dəstəyində önəmli olan ölkələr onun Yaxın Şərqdə etibarlı xarici tərəfdaşları ola bilər, Rusiya və İranın köməyi ilə Türkiyə-Suriya münasibətlərinin bərpası məsələsi İran tərəfdən belə bir prosesi ancaq sürətləndirə bilər. Səudiyyə Ərəbistanı, BƏƏ, Bəhreyn, Qətər, İran, Çin və Rusiya bu ölkəyə sərmayə qoya bilər.
Rusiya artıq müasir Türkiyənin iqtisadi sabitliyini gücləndirmək üçün bir çox tədbirlər görüb; iki qaz kəməri, ehtimal ki, Mersində tamamlanan və Sinopda işə salınan iki atom elektrik stansiyası, qaz qovşağı layihəsi, Azərbaycandan Türkiyəyə yeni neft və qaz boru kəmərlərinin çəkilməsinə qarşı olmaması, Qara dəniz taxıl müqaviləsi bunlardan bəziləridir. Həmçinin, Rusiyanın Çinlə texnoloji əməkdaşlığı, ola bilsin ki, keyfiyyətli mallara görə yaxın gələcəkdə Türkiyə bazarını da əhatə edəcək. Ona görə də Ərdoğan Rusiyanın geosiyasi və regional maraqlarına hörmətlə yanaşarsa, Moskvanın Türkiyəyə yeni imkanlar və sərfəli maliyyə kreditləri formaları tapmağa hazır olacağı aydındır.
  • Yazılıb
  • da (də) 2023 Jun 12
  • Göndərən رضا رستمی