Tarix : 2023 Jun 13
Kod 63599

İsrail qeyri-dost, qeyri-diplomatik və alçaldıcı hərəkətlə İlham Əliyevin Hersoqa hədiyyələrini məhv etdi!

İsrailin kənd təsərrüfatı nazirliyi Azərbaycan prezidenti İlham Əliyevin İsrail prezidenti İshak Hersoqun ötən həftə Bakıya səfəri zamanı hədiyyə etdiyi onlarla meyvə bağlamasını və kənd təsərrüfatı məhsullarını məhv etdiyini açıqlayıb.
Aran News-in “Tasnim”-ə istinadən verdiyi xəbərə görə, İsrailin kənd təsərrüfatı nazirliyi bildirib ki, İsrail prezidenti İshak Hersoqun ötən həftə Bakıya səfəri zamanı Azərbaycan prezidenti İlham Əliyevin bağışladığı onlarla meyvə və kənd təsərrüfatı məhsullarını məhv edib.
Bakı Hersoqun Azərbaycana 2 günlük səfəri başa çatdıqdan sonra bu meyvələri sionist rejimin başçısına hədiyyə etmişdi.
Bu hədiyyələr arasında alma, xiyar, şaftalı, limon, gavalı və digər kənd təsərrüfatı məhsulları kimi Azərbaycanda istehsal olunan ən yaxşı meyvələrdən ibarət onlarla bağlama olub.
Bununla belə, sionist rejimin kənd təsərrüfatı nazirliyinin, xarici işlər nazirliyinin, kəşfiyyat və daxili təhlükəsizlik təşkilatının (Şin Bet) təftiş şöbəsi işğal olunmuş ərazilərə daxil olduqdan sonra yuxarıda qeyd olunan məhsulların hamısının məhv edilməsi barədə göstəriş verib.
Sionist hakimiyyət orqanları bu hərəkətə haqq qazandıraraq, İlham Əliyevin bağışladığı meyvələrin məhv edilməsini bu rejimin kənd təsərrüfatı nazirliyinin göstərişlərinə uyğun hərəkət adlandırıblar. Lakin, bəzi KİV-lər Azərbaycan prezidentinin hədiyyələrinin məhv edilməsinin Şin Betin təhlükəsizlik göstərişi əsasında, İsrail prezidentinə bioloji sui-qəsdin qarşısını almaq məqsədi ilə edildiyini iddia ediblər. Sionist rejimin Bakıdakı nümayəndə heyətinin bəzi mənbələrinin açıqlamalarına görə, bu görüşdə azərbaycanlı ev sahibi İsrail prezidenti və onun xanımına çoxlu hədiyyələr, o cümlədən xalçalar, əl işləri və bəzi suvenirlər hədiyyə edibmiş, amma İsrail prezidentinin təyyarəsi işğal olunmuş ərazilərə uçmazdan əvvəl son anlarda Azərbaycan prezidenti Əliyevin göndərdiyi növbəti hədiyyə paketi İsrail nümayəndə heyətini təəccübləndirib. Bu məsələ sionist rejim rəhbərinin təhlükəsizlik qüvvələrinin şübhə və həssaslığına səbəb olub və nəticədə, İsrail nümayəndə heyətinin işğal olunmuş ərazilərə qayıtmasından sonra Əliyevin hədiyyə etdiyi bütün meyvə və kənd təsərrüfatı məhsulları məhv edilib.
Azərbaycan dövlət xadimləri və xalqı bilməlidir ki, sionist rejim heç vaxt heç bir müsəlman ölkəsini özünə dost saymayıb, heç bir müsəlman ölkəsinə, hətta o ölkənin dövlət xadimləri tamamilə onlarla həmrəy olsa belə, heç vaxt etibar etməyəcək. Digər bir məsələ isə sionist rejimin kənd təsərrüfatı sənayesində hər cür rəqibin aradan qaldırılması və digər ölkələrin kənd təsərrüfatı məhsullarının təşviqinin qarşısının alınmasıdır. Amma təhlükəsizlik və inamsızlıq məsələsi birinci prioritetdir.

 
  • Yazılıb
  • da (də) 2023 Jun 13
  • Göndərən رضا رستمی