Tarix : 2023 Jun 14
Kod 63602

Həşd-Şəbinin yaranmasının 9-cu ildönümü; İŞİD-in belini qıran hərbi qüvvə

2014-cü il iyunun 13-də şiə aləminin böyük təqlid mərcələrindən olan Ayətullah Sistani öz tarixi fətvası ilə İŞİD-i diz çökdürən İraqın Həşd-Şəbi adlı xalq və hərbi təşkilatının əsasını qoydu. İran İslam Respublikasının məşvərət qüvvələri İraq hökumətinin istəyi və razılığı ilə bu nəhəng hərbi qüvvənin təlimi və təşkilində çox mühüm rol oynamışlar.
arannews.com : 2014-cü il iyunun 13-də şiə aləminin böyük təqlid mərcələrindən olan Ayətullah Sistani öz tarixi fətvası ilə İŞİD-i diz çökdürən İraqın Həşd-Şəbi adlı xalq və hərbi təşkilatının əsasını qoydu. İran İslam Respublikasının məşvərət qüvvələri İraq hökumətinin istəyi və razılığı ilə bu nəhəng hərbi qüvvənin təlimi və təşkilində çox mühüm rol oynamışlar.
9 il əvvəl (13 iyun 2014-cü il) Mosul şəhərinin İŞİD terrorçularının əlinə keçməsindən və İraqın üçdə birindən çoxunun bu terrorçu qruplaşma tərəfindən işğalından sonra İraqda şiələrinin böyük təqlid mərcəsi Ayətullah Seyid Əli Sistani İŞİD-lə mübarizə üçün kifayi-cihad fətvasını verdi, İraqın digər silahlı qüvvələri ilə birlikdə bu ölkədə İŞİD terroruna son qoymağı bacaran Həşd-Şəbi Təşkilatının yaranmasına səbəb oldu.
2014-cü ilin iyun ayı İraq xalqı üçün çox acı hadisələri xatırladır. Çünki o ayda İraq şəhərləri bir-birinin ardınca qaniçən İŞİD-in əlinə keçdilər. Təkfirçilərin İraqın şimalına hücumu 2014-cü il iyunun 4-də Samirrəyə hücum və bir neçə şəhərin işğalı ilə başladı, iyunun 10-da Mosulun, 11-də isə Tikritin ələ keçirilməsi ilə davam etdi.
2014-cü il iyunun 9-un son saatlarında və iyunun 10-u səhər saatlarında İŞİD İraqın şimalına doğru irəliləməyə davam edərək Mosulu işğal etdi. 2014-cü il iyunun 10-da Mosulun süqutundan sonra bir həftədən az müddətdə İraqın 20-dən çox digər şəhəri ölkənin şimalında və qərbində süqut etdi. Onlardan ən barizləri Əl-Bəac, Təl-Afar, Sincar, Əl-Qiyarə, Əl-Hadar, Rabia və Əl-Cəzirə idi.
Daha sonra Tikrit, Bələd, Əd-Daur, Əl-İshaqi, Ər-Ramadi, Hit, Ər-Rətbə, Əl-Qaim, Əl-Kərmə, Ravə, Anə, Alus və başqa şəhərlər işğal oldu. Bunlar ümumilikdə İraqın böyük bir ərazisini təşkil edirdi. İŞİD Tikritdə nəzarəti ələ keçirdikdən sonra öz terrorçularından Bağdad və Kərbəlaya doğru irəliləmələrini istəmişdi.
 
Xilasedici qüvvələr İŞİD-in hərəkatlarının ən qızğın vaxtında formalaşdı
Şərait çox təhlükəli, camaat təşviş içində idi və təkfirçilər irəliləyirdilər. Vəziyyət eyni şəkildə davam etsəydi, çox acı bir hadisə baş verəcəkdi. Amma Ayətullah Sistani 2014-cü il iyunun 13-də verdiyi tarixi fətvası ilə İraqın Haşd-Şəbi adlı xalq və hərbi təşkilatının əsasını qoydu.
İraqın ali dini mərcəsinin kifayi-cihad fətvasından sonra İŞİD-ə qarşı döyüşmək üçün milyonlarla iraqlı könüllünün təşkilatlanması məqsədilə “Həşd-Şəbi” xalq təşkilatı yaradıldı.
İlkin olaraq əsas qüvvəni İraq şiələri təşkil edirdi, lakin sonra İraqın digər etnik və dini qrupları orada iştirak etdilər.
 
Həşd-Şəbinin formalaşmasında məqsəd
Bu qüvvələrin məqsədi İraq ordusu və təhlükəsizlik qüvvələrinə dini yerləri qorumaq və həmçinin İŞİD-in hücumlarına qarşı mübarizədə kömək etməkdir. Həşd-Şəbi İraq ordusunun yanında olan və İŞİD-ə qarşı mübarizə məqsədi ilə təşkil edilmiş xalq qüvvələrinə deyilir.
 
Həşd-Şəbi yalnız şiələrə aiddir?
Həşd-Şəbi qüvvələri müxtəlif qruplardan ibarətdir. Onun əsasını şiə qrupları təşkil etsə də, orada əhli-sünnə, xristian və yezidilərə aid qrupları da var. Şiə, sünni və xristiandan olan bütün dini məzhəblər və ərəb, kürd və türkmənlərdən olan bütün etnik qruplar Həşd-Şəbidə iştirak edir.
 
Həşd-Şəbidə faəliyyət göstərən qeyri-şiə qruplar
Həşd-Şəbinin strukturunu İraq şiələri təşkil etsə də, sonradan Səlahəddin vilayəti, Neynəva vilayəti və Ənbar vilayətindən olan bəzi İraq sünni köçəriləri, eləcə də yezidilər və İraq xristianları da ona qoşulmuşlar. Fakt budur ki, İraqın ərazi bütövlüyünün müdafiəsi və İŞİD-in işğal etdiyi bütün ərazilərin azad edilməsi bu qüvvələri, o cümlədən şiələri, sünniləri, xristianları bir araya gətirib.
Hamısı əhli-sünnədən olan Həşd-Əşairi bu təşkilatın ən mühüm bölmələrindən biridir və hazırda sünni əyalətləri olan Əl-Ənbar, Neynəva və Səlahəddin əyalətlərində təhlükəsizliyin qorunmasında güclü və effektiv iştiraka malikdir.
Rəyan əl-Kildaninin komandanlığı altında olan “Babiliyyun” briqadası Həşd-Şəbidə xristianlardan ibarət olan mühüm briqadalardan biridir və hazırda, Neynəva əyalətində xristian bölgələrində və şəhərlərində yerləşir.
  • Yazılıb
  • da (də) 2023 Jun 14
  • Göndərən رضا رستمی