Tarix : 2023 Jun 15
Kod 63604

İran Prezidentinin xanımı: Bizim universitetdəki ağacların yaşı Amerikanın yaşından böyükdür

Prezidentin həyat yoldaşı Cəmilə Ələmülhüda Venesuela mətbuatına müsahibəsində deyib: “Tədris etdiyim universitetin ağaclarının yaşı Amerikanın yaşından çoxdur.”
arannews.com : Prezidentin həyat yoldaşı Cəmilə Ələmülhüda Venesuela mətbuatına müsahibəsində deyib: “Tədris etdiyim universitetin ağaclarının yaşı Amerikanın yaşından çoxdur.”
Latın Amerikasının “TeleSUR” televiziya kanalı İranın birinci xanımı adlandırdığı Cəmilə Ələmülhüdadan müsahibə alıb.
Venesuela mediasına müsahibəsində Prezidentin həyat yoldaşı Cəmilə Ələmülhüda deyib: “Tədris  etdiyim universitetin (Şəhid Beheşti Universiteti) ağaclarının yaşı Amerikanın yaşından daha çoxdur. Buna görə də iranlılar Amerikanın səylərinə gülürlər.”
Prezidentin xanımı Venesuela mediasına verdiyi müsahibənin başqa bir hissəsində İranın strateji mövqeyini vurğulayaraq deyib: “İranın tarixində monqollar kimi çoxlu düşmənləri olub, lakin onlar İranın mədəniyyətini, dilini və adət-ənənələrini dəyişdirə bilməyiblər.”
  • Yazılıb
  • da (də) 2023 Jun 15
  • Göndərən رضا رستمی