Tarix : 2023 Jun 18
Kod 63606

Kiyevlə müqaviləyə neytrallıq haqqında maddələr daxil idi - Putin

Rusiya dövlət başçısı "taxıl müqaviləsi"nin həyata keçirilməsi məsələsinə də toxunub.
arannews.com : BAKI, 17 iyun - Sputnik. 2022-ci ilin martında İstanbulda hazırlanan Ukrayna ilə müqavilə layihəsində neytrallıq və təhlükəsizlik təminatları ilə bağlı müddəalar var idi. Bunu Rusiya prezidenti Vladimir Putin şənbə günü bir sıra Afrika ölkələrinin liderləri və nümayəndələri ilə görüşündə deyib.
“Onun adı da elə bu cürdür - “Daimi neytrallıq və Ukraynanın təhlükəsizliyinin təminatları haqqında müqavilə”. Söhbət Cənubi Afrika Respublikası Prezidentinin danışdığı təminatlardan gedir. On səkkiz maddə", - deyə Rusiya lideri qeyd edib və Ukrayna tərəfinin parafladığı (ilkin imzaladığı - red.) sənədi göstərərək əlavə edib ki, həmin sənədə əlavələr də var.
“Həmin maddələr silahlı qüvvələrə də aiddir, başqa şeylərə də. Hər şey yazılıb - hərbi texnika bölmələri və şəxsi heyətin sayına qədər", - deyə Putin vurğulayıb.
"Taxıl müqaviləsi"nə toxunan Rusiya prezidenti bildirib ki, adıçəkilən sənəd çərçivəsində ərzaqların Afrikanın ehtiyacı olan ölkələrinə getməməsini Qərbin saxtakarlığıdır.
“Bu neo-müstəmləkəçi Avropa, lakin mahiyyətcə Amerikalı hakimiyyət orqanları beynəlxalq ictimaiyyəti və Afrikanın ehtiyacı olan ölkələrini növbəti dəfə aldatdılar. 31,7 milyon ton ixrac edilib və yalnız 3%-i Afrikanın ehtiyacı olan ölkələrinə gedib. Bu dələduzluq deyilmi?", - deyə Putin vurğulayıb.
  • Yazılıb
  • da (də) 2023 Jun 18
  • Göndərən رضا رستمی