Tarix : 2023 Jun 20
Kod 63608

Qərb ölkələri Rusiyada daxili siyasi sabitliyi pozmağı açıq şəkildə hədəfləyirlər

Rusiya XİN rəhbəri bildirib ki, onlar 2014-cü ildə Ukraynada uğurlu çevrilişi 6 il sonra Belarusda təkrarlamağa cəhd etdilər.
arannews.com : BAKI, 20 iyun — Sputnik. Qərb ölkələri 2024-cü ildə keçiriləcək prezident seçkiləri ilə bağlı Rusiyada daxili siyasi sabitliyin pozulmasını açıq şəkildə qarşılarına məqsəd qoyublar. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov "Vahid Rusiya" partiyasının Ali Şurasının beynəlxalq əməkdaşlıq və xaricdəki həmvətənlərə dəstək komissiyasının iclasında deyib.
"Suveren ölkələrin daxili işlərinə müdaxilənin amansız praktikası davam edir. Bu cür müdaxilənin formaları hədə-qorxu, şantaj və rəngli inqilabların təşkili də daxil olmaqla çox müxtəlifdir. Onlar 2014-cü ildə Ukraynada uğurlu çevrilişi 6 il sonra Belarusda təkrarlamağa cəhd etdilər. Xüsusilə gələn il keçiriləcək prezident seçkiləri kontekstində ölkəmizdə daxili siyasi sabitliyi pozmağı açıq şəkildə hədəfləyirlər", - deyə XİN rəhbəri bildirib.
  • Yazılıb
  • da (də) 2023 Jun 20
  • Göndərən رضا رستمی