Tarix : 2023 Jun 21
Kod 63609

Yeni çoxqütblü dünya sisteminin yaradılmasında İranın təsiri

İran İslam Respublikası xalqının və sisteminin sabitlik və fəallığından təsirlənən dünya sürətli və misli görünməmiş dəyişikliklərə məruz qalıb və dəyişikliklərin intensivliyi və dərinliyi bir çox siyasətçi və hakim şəxsləri bu məsələni dərk etməkdə aciz qoyub.
aranews.com: İran İslam Respublikası yeni yaranan qlobal güc olaraq qonşularına, xüsusən də müsəlman dövlətlərinə xüsusi hörmət bəsləyir və İslam dünyası xalqlarını və qonşu dövlətləri birləşdirmək ümidi ilə bir çox hərəkətlərə və hətta xəyanətlərə məhəl qoymur. Bəzən də, onun bu susqun və strateji səbri, bəzi dardüşüncəli siyasətçiləri illüziyalara və səhvlərə düçar edib.
Yeni və çoxqütblü dünyanın uduzan tərəfi də, qazanan tərəfi də var və bu faktı qəbul etməkdə inadkarlıq və ya cəhalət üzündən səhvə yol verən hər bir siyasətçi, ən azı öz ölkəsinin maddi və milli maraqlarını gözardı etmiş olur.
Təəssüflər olsun ki, İran və Azərbaycan arasında bir çox tarixi, mədəni və sosial ortaqlıqlar, İranın şimal qonşusunun dövlət xadimləri tərəfindən iki ölkə arasında münasibətləri inkişaf etdirmək və dərinləşdirmək üçün bir fürsətdən daha çox təhlükə hesab olunur. Bu təhlükə saymaq, İslamofobiya və İranofobiya o qədər irəli gedib ki, bəzən Arazın şimalında geniş tarixi və mədəni təhriflərə səbəb olmuşdur. Təbii ki, heç bir siyasət və ya hərəkət iki qonşu müsəlman ölkəsinin qanı, dini və dili bir olan xalqları arasında ayrılıq yarada bilməz.
İran İslam Respublikası xalqının və sisteminin sabitlik və fəallığından təsirlənən dünya sürətli və misli görünməmiş dəyişikliklərə məruz qalıb və dəyişikliklərin intensivliyi və dərinliyi bir çox siyasətçi və hakim şəxsləri bu məsələni dərk etməkdə aciz qoyub.
Dəqiq olan budur ki, Amerika və sionist rejimin İran İslam Respublikası ilə qarşıdurması, keçmiş və son illərdə İranın şimal və cənub qonşularının bəzi hakimlərinə aşkar və gizlin olaraq bəzi vədlər almaqla, İran düşmənlərinin mövcudluğu və təsiri üçün imkanlar yaratmasına səbəb olub. Yeni reallıqları dərk edən və pərdələrin çəkilməsilə, regionun bəzi siyasətçi və hakimləri öz siyasətlərini ağıllı şəkildə dəyişdirsələr də, təəssüf ki, digərlərinin bu dəyişiklikləri anlamaq üçün daha çox vaxta ehtiyacı var.
İran İslam Respublikası xalqının və sisteminin sabitlik və fəallığından təsirlənən dünya sürətli və misli görünməmiş dəyişikliklərə məruz qalıb və dəyişikliklərin intensivliyi və dərinliyi bir çox siyasətçi və hakim şəxsləri bu məsələni dərk etməkdə aciz qoyub.
Dünyada baş verən proseslərin tempi o qədər yüksəkdir ki, müxtəlif ölkələrdə bir çox beynəlxalq ekspertlər və bəzən, hətta, İranın daxilindəki bəzi elitalar regional və dünya problemlərini dərk etməkdə problemlər yaşayırlar.
Bəzi hökumətlər və onlara bağlı media yeni dövrdə yaranmış dəyişiklikləri dərk edə bilmir və ya öz şəxsi maraqlarına uyğun olaraq gücün Qərbdən Şərqə köklü şəkildə dəyişməsini görməzdən gəlir.
Amma sual olunur ki, bu böyük qlobal dəyişikliyin hiss olunan əlamətləri nələrdir və bununla bağlı hansı nümunələri göstərmək olar?!
Amerikalılar və sionist rejim olan İsrail, uzun illər çoxlu səy və təşviqlərdən sonra, bir çox Yaxın Şərq və Ərəb Ölkələrinin hakimlərini İbrahim Sazişləri və sionist rejimlə əlaqələrin normallaşdırılması və s. kimi başlıqlar adı altında ram etmişdilər, problemlərlə qarşılaşmışlar. Müxtəlif müstəvi və sahələrdə gücünü Qərb və Amerikaya borclu olan Səudiyyə Ərəbistanı hakimləri qlobal arenada yeni meqadiqmaları düzgün dərk edərək, Tehran-Riyad münasibətlərini yüksək sürətlə inkişaf etdirməyə meylli olmuşlar.
Həmçinin Birləşmiş Ərəb Əmirliklərinin Yaxın Şərqdə ABŞ-ın rəhbərlik etdiyi dəniz təhlükəsizliyi alyansından çıxması da, bu böyük qlobal dəyişikliyin qəbul edilməsindən xəbər verir.
Ukraynada müharibənin başlaması və davam etməsi də bu böyük dəyişikliyin reallıqlarını ortaya qoydu. Bu gün Qərb və NATO-nun var güclərilə Ukraynanı dəstəkləmələrinə baxmayaraq, Rusiya praktiki olaraq bu döyüşdə qalib gəlib. Haqlı və ya haqsız olaraq İran və Rusiyanın bir çox rəqibləri və düşmənləri Moskvanın qələbəsi və Ukraynanın məğlubiyyətinin səbəbini İranın texnikasından istifadə edilməsi hesab edirlər. Təbii ki, NATO-nun İranın dəstəyi ilə və ya dəstəyi olmadan Rusiya ordusuna qarşı acizliyi, gücün Şərqə yönəlməsinə sübut olacaq.
Uzun müddətdir ki, işğal olunmuş Fələstin torpaqları içində daxili problemlərdən və etirazlardan problem yaşayan, bir çox hərbi və təhlükəsizlik ekspertlərinin etiraf etdiyi kimi, hərbi və təhlükəsizlik qarşısında ciddi və misli görünməmiş itkilər verən sionist rejimin vəziyyəti də yaxşı deyil. Bu uşaq qatili rejimin yeganə müdafiə gücü sayılan Dəmir Qübbə və ya David sapandının müdafiəsi tamamilə İran istehsalı olan səsdən sürətli "Fəttah" raketinin nümayişi ilə praktiki olaraq öz effektivliyini itirdi və saxta İsrail rejimini ciddi və yeni zəiflik vəziyyətinə saldı.
Son illərdə 19 ölkənin daxil olduğu və onların iqtisadiyyatında mühüm rol oynayan BRICS qrupuna maraq artıb və bu qrup G7 və Beynəlxalq Valyuta Fondu və Dünya Bankı kimi böyük beynəlxalq valyuta təşkilatları üçün qatı rəqib hesab olunur. Qlobal iqtisadi analitiklərin fikrincə, BRICS-in yeni valyuta vahidi tezliklə ABŞ dollarının dominantlığına son qoyacaq.
Digər tərəfdən, Çin və digər Asiya ölkələrinin iqtisadiyyatı (xüsusən də korona virus pandemiyasının başlamasından sonra, Qərbə nisbətən daha az ziyanla) böyüməyə davam etdi və Asiya əsrinin erkən doğulmasına zəmin hazırlandı.
Qərb və xüsusilə amerikalılar İŞİD, Taliban, Əl-Qaidə və s. kimi təhlükəli və ekstremist İslam qruplaşmalarını yaratmaq, təchiz etmək və təşkilatlandırmaqla, İranın şərqində və qərbində yerləşən ölkələri işğal etmək və onlara hökmranlıq edərək, İran İslam Respublikasını nəzarətə götürmək və dünyada öz güclərini bərqərar etməyə çalışmışlar. Belə bir şəraitdə Çin və Rusiya kimi mühüm ölkələr Amerikanın İraq və Suriyadakı bədnam planlarına qarşı çıxa bilmədilər. İran İslam Respublikası öz transsərhəd qüvvələrinə arxalanaraq və bütün dünyada müqavimət cəbhəsinin əsgərlərinin müşayiətilə, heyran gözlər və medianın qarşısında ekstremistləri məhv və İraq və Suriyanı azad edə bildi. Bu proses Amerikanın bölgədən təqribən çıxarılmasına gətirib çıxardı. Misal olaraq, bir az axtarışla dünya mediasında Suriya hökumətinin və şəxsən Bəşər Əsədin əleyhdarlarının siyahısını hazırlaya bilərik. O zaman görəcəyik ki, həmin siyahıdakı bütün iddiaçılar bu gün İran İslam Respublikasının Suriyada irəliləyən qüdrətinin qarşısında dayanıb. Suriya xalqının qanuni prezidenti Ərəb Birliyi tərəfindən qarşılandı və iş o yerə çatıb ki, Bəşər Əsəd Suriyanın Türkiyə ilə münasibətlərinin normallaşdırılması istəyi qarşısında iki mühüm ilkin şərti olaraq “Türkiyə qüvvələrinin Suriya ərazisindən tamamilə çıxarılması” və “Türkiyənin terrora dəstəyinin dayandırılması” önə çəkilir.
Baş verənlər İran İslam Respublikasının regional və regiondankənar arenalarda qırx beş illik misilsiz hərbi, təhlükəsizlik və müdafiə səylərinin bir hissəsi idi. Siyasi, iqtisadi, sosial və texnoloji sahələrdə yüksəliş və inkişafla yanaşı, dünya ölkələrinin mediasının, analitiklərinin və hökumətlərinin gözü qarşısında baş vermiş və yeni çoxqütblü sistemi ərməğan etmişdir
  • Yazılıb
  • da (də) 2023 Jun 21
  • Göndərən رضا رستمی