Tarix : 2023 Jun 24
Kod 63614

Putin: "Bu, ölkəmizin, xalqımızın kürəyinə vurulan bıçaqdır"

Putinin sözlərinə görə, Rusiyaya belə bir zərbə 1917-ci ildə, ölkədə Birinci Dünya Müharibəsi gedən zaman vurulub.
arannews.com:BAKI, 24 iyun — Sputnik. Rusiyanın taleyi indi həll olunur, bu, xalqın bütün qüvvələrini birləşməsini tələb edir və birliyi parçalamaq cəhdləri isə arxadan zərbədir. Bunu Rusiya Prezidenti Vladimir Putin televiziya ilə çıxışında deyib.
"Xalqımızın taleyinin həll olunduğu bu döyüş bütün qüvvələrin birləşməsini, birliyi, konsolidasiyanı və məsuliyyətli olmağı tələb edir, bizi zəiflədən hər şey, xarici düşmənlərimizin istifadə edib bizi sarsıtmaq, daxildən zəiflətmək üçün istifadə edə biləcəyi hər fitnə kənara atılmalıdır. Odur ki, birliyimizi parçalayan hərəkətlər, xalqımızdan, indi cəbhədə vuruşan silahdaşlarımızdan dönüklükdür. Bu, ölkəmizin, xalqımızın kürəyinə vurulan bıçaqdır".
Putinin sözlərinə görə, Rusiyaya belə bir zərbə 1917-ci ildə, ölkədə Birinci Dünya Müharibəsi gedən zaman vurulub.
"Ancaq qələbə onun əlindən oğurlandı", - deyə Putin qeyd edib.
"İntriqalar, çəkişmələr, ordunun və xalqın arxasınca aparılan siyasət ən böyük sarsıntıya çevrildi, ordunun dağıdılması və dövlətin dağılması, geniş ərazilərin itirilməsi ilə nəticələndi. Nəticədə vətəndaş müharibəsi faciəsi yaşandı. Ruslar rusları, qardaş qardaşı öldürdü. Ölkəni parçalayan qüvvələr onu parçaladılar", - prezident bildirib.
O vurğulayıb ki, bu gün də "Rusiya neonasistlərin və onların ağalarının təcavüzünü dəf edərək, öz gələcəyi üçün sərt mübarizə aparır".
"Qərbin bütün hərbi, iqtisadi, informasiya maşını bizə qarşı yönəlib. Biz xalqımızın həyatı və təhlükəsizliyi, suverenliyimiz və müstəqilliyimiz, Rusiya olmaq və qalmaq hüququ uğrunda bir dövlət olaraq mübarizə aparırıq", - deyə Putin yekunlaşdırıb.
  • Yazılıb
  • da (də) 2023 Jun 24
  • Göndərən رضا رستمی