"Vaqner” Xüsusi Hərbi Şirkətinin təsisçisi Yevgeni Priqojinin təyyarəsi Belarusun hərbi aerodromlarından birinə eniş edib.
AZXEBER COM "report”a istinadən xəbər verir ki, bu barədə "Belaruski Qayun” monitorinq qrupu məlumat yayıb.
arannews.com: AZXEBER COM "report”a istinadən xəbər verir ki, bu barədə "Belaruski Qayun” monitorinq qrupu məlumat yayıb.
Qeyd edilib ki, Yevgeni Priqojinin biznes-jeti bu gün saat 07:40-da Minsk yaxınlığındakı Maçulişi hərbi aerodromuna eniş edib.
Bildirilib ki, Rusiyadan daha bir biznes-jet saat 07:58-də gəlib.
Xatırladaq ki, daha əvvəl ABŞ Senatının Kəşfiyyat Komitəsinin sədri Mark Uorner Priqojinin Minskdə olmasdı barədə məlumata sahib olduğunu bildirmişdi.