Tarix : 2023 Jul 05
Kod 63626

150 il öncəki Qarabağ şairlərinin şeirlər toplusuna bir baxış

Təbriz Universitetinin mərkəzi kitabxana və sənəd mərkəzində Vəliyyi-Fəqihin Şərqi Azərbaycan əyaləti üzrə nümayəndəsi və bir qrup məsul, müdir və bu sahəinin fəallarının iştirak etdiyi mərasimdə “Nəvvabın təzkirəsi” kitabının təqdimatı olub.
arannews.com : Təbriz Universitetinin ictimaiyyətlə əlaqələr şöbəsinin verdiyi məlumata görə, bu mərasimdə Vəliyyi-Fəqihin Şərqi Azərbaycan əyalətindəki nümayəndəsi Höccətül-İslam vəl-müslimin Seyid Məhəmmədəli Ali-Haşim, “Nəvvabın təzkirəsi” (orjinal adı: “Təzkireye Nəvvab”) kitabının nəşrinə görə, doktor Pərqu, onun tarix şöbəsindəki digər həmkarlarına və İran Tarixi və Mədəniyyəti Kafedrasının rəhbərinə təşəkkür edərək, dedi: Təzkirə xatırlatmaq, qafil olan bir şəxsi oyatmaq, xatırlamaq və ibrət almaq deməkdir. “Nəvvabın təzkirəsi”, əslində, mühüm tarixi, mədəni və ictimai dəyərləri özündə əks etdirən şairlərin yaradıcılığı, həyatı və şeirləri ilə daha yaxından tanış olmaq üçün ən mühüm mənbədir.
Təbriz şəhərinin imamı natiqlərin və onların şeirlərinin anılmasını, adını və xatirəsini yaşatmağı digər mühüm xüsusiyyətlərdən biri kimi qeyd edərək dedi: Belə kitablar vasitəsilə, divan sahibi olmamış qüdrətli və böyük şair və natiqlərin adlarını, sirlərini və əsərlərini tanımaq olar.
O, daha sonra vurğuladı ki, təzkirələr vasitəsilə fars şeiri və ədəbiyyatının keçmişdən bu günə qədər təkamülünü dərk etmək olar. Təzkirələrin məzmunundan hər bir əsrin tarixi, siyasi, sosial və mədəni şəraitini dərk etmək olar. Şairlər öz dövrlərinin aynası idilər, çünki onlar öz dövrlərində dövrün vəziyyətini və halını əks etdirirdilər.
Vəliyyi-Fəqihin Şərqi Azərbaycan əyaləti üzrə nümayəndəsi təzkirələrin İran tarixində ən mühüm ictimai sənədlərdən biri olduğunu vurğulayaraq, qeyd etdi: Sosial təbəqələrin bir çox ictimai adət və ənənələrini təzkirələrlə tanımaq olar. “Nəvvabın təzkirəsi” kitabı Qarabağ bölgəsinin tarixi, siyasi və sosial vəziyyətini dərk etmək üçün çox gözəl nümunədir.
Təbriz Universitetinin rektoru doktor Səfər Nəsrullahzadə Vəliyyi-Fəqihin Şərqi Azərbaycan əyalətindəki nümayəndəsini salamlayaraq və bu mərasimdə iştirakına görə ona təşəkkür edərək dedi: Bu gün mədəni diplomatiya bütün xalqlar və xüsusilə də İran hökuməti üçün inkişaf və qarşılıqlı əlaqə baxımından mühüm və effektiv strategiyadır. Əslində bu tip diplomatiya digər ölkə və xalqlarla siyasi və iqtisadi diplomatiyanın inkişafı üçün ən mühüm addım hesab edilir. Mədəni diplomatiyanın bariz nümunəsi olaraq “Nəvvabın təzkirəsi” kitabının bu universitetdə işıq üzü görməsidir.
O, daha sonra, Qafqaz regionun xalqlarının İran xalqı ilə tarixi, mədəni və dini oxşarlıqlarına və Qafqazın İranın bir parçası olduğuna toxunaraq, dedi: Elm və savad bütün xalqların və ölkələrin ortaq dili sayılır. Bu vasitə ilə qonşu ölkələr və digər dövlət və xalqlarla, xüsusən də Qafqaz regionu xalqları ilə inkişaf və qarşılıqlı əlaqə üçün təsirli addımlar atıla bilər.
Təbriz Universitetinin rektoru çıxışının digər hissəsində “Nəvvabın təzkirəsi” kitabının Təbriz Universitetində nəşrinin qonşu dövlətlərlə vəhdət, birlik və qarşılıqlı əlaqə və münasibətlərin inkişafı üçün dəyərli, mühüm və təsirli bir addım olduğunu bildirərək, əlavə etdi: Bu kitab, Qafqazın və Qarabağ məntəqəsinin ədəbi, antropologiya, mədəniyyət və ictimai dəyərlərinin ötürülməsi baxımından çox dəyərlidir. Bu universitetdə belə addımların atılması və bu kimi işlərin davam etməsi sevindirici hadisədir.
Tarix bölməsinin akademik heyətinin üzvü və İran Tarixi və Mədəniyyəti Kafedrasının rəhbəri, doktor Məhəmmədəli Pərqu da bu mərasimdə İran yaylasının eniş-yoxuşlarla dolu bir tarixə malik olduğunu bildirərək dedi: Siyasi, hərbi və mədəni proseslər dəfələrlə İran ərazisinin simasını dəyişib və bu qədim diyarda çoxlu acılı-şirinli hadisələr baş verib. Ötən əsrlər ərzində İran xalqı bir çox millət və xalqlarla bir damın altında yaşayıb və sonra tarixin məcburiyyəti ilə əlacsızlıqdan onlardan ayrılmalı oldu. Buna baxmayaraq, bu gün müstəqil dövlətlər olan İran yaylası ətrafındakı xalqlarla ortaq mədəniyyət, əfsanəvi tarix və ortaq məzhəb əsrlər boyu yaşayıb və Qafqaz da bu bölgələrdən biridir.
   O, Qafqaz torpağının əksər iranlılar üçün tanış coğrafiya olduğunu vurğulayaraq əlavə edib: İranlılar əsrlər boyu bu torpağa öz vətənlərinin bir parçası kimi baxıblar. Onların tarix və mədəniyyəti Qafqaz xalqları ilə birgə yoğrulmuşdur. İranlılar və qafqazlılar uzun  illər eyni hökumətin himayəsi altında olublar. Qəmli və sevincli günlərdə bir-birinin yanında olublar. Xüsusən də, Qafqaz müsəlmanlarının İran tarixi, mədəniyyəti və fars dili ilə çoxillik ünsiyyətləri var.
O əlavə etdi: Nizami və Xaqani kimi məşhur və böyük şair və ədiblər bu diyardandırlar. Bu gün fars dili və ədəbiyyatının şah əsəri olan əbədi əsərlər yaratmışlar və bu şəxsiyyətlər iranlıların və Qafqaz xalqlarının ortaq irsidir.
Təbriz Universitetinin Tarix fakültəsinin müəlliminin sözlərinə görə, Qarabağ bölgənin mədəni yüksəlişindəki görkəmli roluna görə onlarla yazıçı və şairin vətəni olmuşdur. Bu gün olduğu kimi, Qarabağ bölgəsindən və xüsusilə Şuşa şəhərindən, bir çox natiqlər, yazıçılar və şairlər ərsəyə gəlmişdir. Belə ki, Molla Pənah Vaqif, Xurşidbanu Natəvan, Ayətullah Naxçıvani, Ayətullah Badkubeyi, Ayətullah İrəvani və s. bunlardan bəzi nümunələrdir.
O, çıxışının digər hissəsində XIX əsrdə və XX əsrin əvvəllərində Qarabağ bölgəsində geniş mədəni-ədəbi fəaliyyətin aparıldığını, bunun nəticəsi olaraq onlarla qarabağlı türk və fars dilli şairin ərsəyə gəldiyini və mərhum Mirmöhsün Nəvvab Qarabağinin öz kitabında onların çoxlu sayda şeir nümunələrinə işarə etdiyini bildirərək xatırlatdı: “Qarabağ şairləri” kitabı, kitabın tərtibçisi və müəllifi Mirmöhsün Nəvvab Qarabağinin qeyd etdiyi kimi, “Nəvvabın təzkirəsi” ədəbi dəyəri ilə yanaşı, tarixi və antropoloji dəyəri olan əhatəli bir əsərdir. Belə ki, müəllif öz şeirləri ilə yanaşı, iki ayrı bölmədə, keçmiş və öz dövründə həyatda olan şairlərin şeirlərini təqdim etmişdir.
Doktor Pərqu əlavə etdi: “Nəvvabın təzkirəsi” kitabının əhəmiyyəti, təkcə onun ədəbi ölçüsü ilə məhdudlaşmır. Əksinə, bu əsər Qafqaz regionunun və xüsusilə Qarabağın mədəni və sosial tarixi ilə tanışlıq baxımından əhəmiyyətlidir.
O, sonda vurğuladı: İran Tarixi və Mədəniyyəti Kafedrası İranın tarixi və mədəni əsərlərini tanıtmaq və təbliğ etmək vəzifəsinə uyğun olaraq, mövcud həssas vəziyyəti nəzərə alaraq və dini, tarixi və mədəni ortaqlıqları əsas alaraq, həmçinin region xalqını mümkün qədər yaxınlaşdırmaq və bir-birlərinə empatiya bəsləməsi üçün bu əsərin düzəlişini, yenidən yazılmasını və nəşrini öz proqramına daxil etmişdir.
Qeyd etmək lazımdır; “Nəvvabın təzkirəsi (Qarabağ şairləri və alimlərinin tərcümeyi-halı)” kitabı Mirmöhsün Nəvvab Qarabağinin əsəridir və tarix şöbəsinin elmi üzvü, İran Tarixi və Mədəniyyəti Kafedrasının rəhbəri, doktor Məhəmmədəli Pərqu və doktor Hadi Haşimian tərəfindən redaktə edilərək yenidən yazılıb və 242 səhifədə olmaqla, Təbriz Universiteti Nəşriyyatında çap olunub.
Təbriz Universitetinin professoru: Qarabağ bölgəsi Azərbaycanın mühüm mədəniyyət ocaqlarından biridir.
Doktor Pərqu: Tariximizdə və mifologiyamızda Qafqazın yüksək yeri var. Onun Dərbənd bəndi və Qaf dağı bizə tanışdır. Tarix və mədəniyyətimizdə bu əsrarəngiz diyarın, onun qeyrətli insanlarının adını və təsirini görə bilərik.
Təbriz Universitetinin professoru doktor Məhəmmədəli Pərqu Təbriz Universitetinin Mərkəzi Kitabxanasının amfiteatrında “Nəvvabın təzkirəsi” kitabının təqdimat mərasimi zamanı dedi:
İran yaylası eniş-yoxuşlarla dolu bir tarixi geridə qoymuşdur. Siyasi, hərbi və mədəni proseslər dəfələrlə İran ərazisinin simasını dəyişib və bu qədim diyarda çoxlu acılı-şirinli hadisələr baş verib. Ötən əsrlər ərzində İran xalqı bir çox millət və xalqlarla bir damın altında olub və sonra tarixin məcburiyyəti ilə əlacsızlıqdan onlardan ayrılmalı oldu. Buna baxmayaraq, bu gün müstəqil dövlətlər olan İran yaylası ətrafındakı xalqlarla ortaq mədəniyyət, mifologiya, tarix və ortaq məzhəb əsrlər boyu yaşayıb və Qafqaz da bu bölgələrdən biridir.
 Qafqaz bu regionlardan biridir. Bu məkan tarix və mifologiyamızda yüksək yer tutur. Onun Dərbənd bəndi və Qaf dağı bizə tanışdır. Tarix və mədəniyyətimizdə bu əsrarəngiz diyarın, onun qeyrətli insanlarının adını və təsirini görə bilərik. Bəli, Qafqaz torpağı əksər iranlılar üçün tanış coğrafiyadır. İranlılar əsrlər boyu bu torpağa öz vətənlərinin bir parçası kimi baxıblar və onların tarixi və mədəniyyəti Qafqaz xalqına bağlıdır. İranlılar və qafqazlılar uzun illər eyni hökumətin himayəsi altında olublar. Qəmli və sevincli günlərdə bir-birinin yanında olublar.
Bu bölgənin əhalisinin iranlılarla dərin tarixi və mədəni ortaqlıqları var və xüsusilə Qafqaz müsəlmanlarının İran mədəniyyəti və fars dili ilə qədimdən əlaqələri var. Nizami və Xaqani kimi məşhur və böyük şair və ədiblər bu diyardandırlar. Bu gün fars dili və ədəbiyyatının şah əsəri olan əbədi əsərlər yaratmışlar və bu şəxsiyyətlər iranlıların və Qafqaz xalqlarının ortaq irsidir. Onlar bu bölgənin əhalisini iranlı qardaş və bacılarına yaxınlaşdırmaq istiqamətində körpü kimidirlər.
Bu arada Qarabağ, bölgənin mədəni yüksəlişində oynadığı mühüm rola, onlarla yazıçı və şairin doğulduğu yer olduğuna görə, xüsusi əhəmiyyət kəsb edir. Necə ki, bu gün Qarabağ bölgəsi və xüsusilə Şuşa şəhəri Azərbaycanın mühüm mədəniyyət və incəsənət mərkəzlərindən biri hesab olunur. Bir çox natiqlər, yazıçılar və şairlər bu torpaqlarda ərsəyə gəlmişdir. Belə ki, Molla Pənah Vaqif, Xurşidbanu Natəvan, Ayətullah Məhəmməd Naxçıvani, Ayətullah Seyid Hüseyn Badkubeyi, Ayətullah Mirzə Əli İrəvani və s. bunlardan bəzi nümunələrdir. Bu diyarın hər yerində savadlı insanların xatirələrinə, ayaq izlərinə rast gəlmək olar. Qarabağı, xüsusilə Şuşa şəhərini Cənubi Qafqaz və indiki Azərbaycan Respublikası müsəlmanlarının şeir və ədəbiyyatının vətəni adlandırsaq, mübaliğə olmaz.
XIX əsrdə və XX əsrin əvvəllərində Qarabağ bölgəsində geniş mədəni-ədəbi fəaliyyətin aparılmış, bunun nəticəsi olaraq onlarla qarabağlı türk və fars dilli şairin ərsəyə gəlmiş və mərhum Mirmöhsün Nəvvab Qarabaği öz kitabında onların çoxlu sayda şeir nümunələrinə işarə etmişdir. Buna əsasən, Qarabağı, xüsusilə Şuşa şəhərini Cənubi Qafqaz və indiki Azərbaycan Respublikası müsəlmanlarının şeir və ədəbiyyatının vətəni adlandırsaq, mübaliğə sayılmaz. Qarabağda mədəni və ədəbi ənənə o qədər güclü və dərindir ki, Mirmöhsün Nəvvab öz kitabında dövrünün yüzə yaxın şairindən bəhs edir.
“Qarabağ şairləri” kitabı, kitabın tərtibçisi və müəllifi Mirmöhsün Nəvvab Qarabağinin qeyd etdiyi kimi, “Nəvvabın təzkirəsi” ədəbi dəyəri ilə yanaşı, tarixi və antropoloji dəyəri olan əhatəli bir əsərdir. Belə ki, müəllif öz şeirləri ilə yanaşı, iki ayrı bölmədə, keçmiş və öz dövründə həyatda olan şairlərin şeirlərini təqdim etmişdir. Şairlərin hər birini qısaca təqdim etdikdən sonra, onların türk və ya fars dilində şeirlərindən bir nümunə qeyd etmişdir. Mirmöhsün Nəvvab o dövrün çoxşaxəli və bacarıqlı şəxsiyyətlərindən olub, şair olmaqla yanaşı, musiqi, rəssamlıq və digər sənət növləri ilə də məşğul olub. Ondan gözəl əsərlər qalıb ki, “Nəvvabın təzkirəsi” onlardan yalnızca biridir.
“Nəvvabın təzkirəsi” kitabının əhəmiyyəti, təkcə onun ədəbi ölçüsü ilə məhdudlaşmır. Əksinə, bu əsər Qafqaz regionunun və xüsusilə Qarabağın mədəni və sosial tarixi ilə tanışlıq baxımından əhəmiyyətlidir. Belə ki, XIX əsrin ikinci yarısı və XX əsrin əvvəllərində bu bölgə əhalisinin həyatını bütün acı və şirinliyi, eniş-yoxuşları ilə əks etdirmişdir. Bu əsərdə insanların iqtisadi, sosial və müxtəlif təbəqələrinə edilən çoxsaylı istinadlar bizi o dövrün insanlarının həyat şəraiti ilə müəyyən qədər yaxından tanış edir.
Kitabın müxtəlif hissələrində qarabağlıların dini inancları və milli ruhu öz əksini tapıb. Məşhur şair və qarabağlı siyasi xadim olmuş Molla Pənah Vaqifin şiə əqidəsinə dəlalət edən bəzi şeirlərində, o, zəmanənin vəziyyətindən gileylənir və Həzrət Mehdinin (ə.c.) zühurunu arzulayır:
 
Ya imaməl-cinni vəl-ins və şahənşahi-umur
Getdi din əldən, bu gündən belə, sən ele zühur
 
Qoyma kim, şeytan məlun, eyləyə imanə zur
Şöleyi-hüsnünlə bəxş et tazədən dünyaya nur
 
Başqa bir şair (Səfa) Aşura günü qarabağlıların əzadarlıq və matəm əhval-ruhiyyəsindən ilhamlanaraq, (fars dilində) belə nəzmə çəkib:
Xiyabandan və məhəllədən azyaşlı uşaqlardan
Hüseyn (ə) və Həsənin (ə) adları yüksələn səsi nədəndir?
 
O dedi: «Gəl, naləyə, Neynəvaya keç.
Neydən nəva eşit, sözün nəvası nədəndir?»
 
Kitabın bir sıra məzmunu və mətləblərini qısaca söyləməklə, İran Tarixi və Mədəniyyəti Kafedrası İranın tarixi və mədəni əsərlərini tanıtmaq və təbliğ etmək vəzifəsinə uyğun olaraq, mövcud həssas vəziyyəti nəzərə alaraq və dini, tarixi və mədəni ortaqlıqları əsas alaraq, həmçinin region xalqını mümkün qədər yaxınlaşdırmaq və qarşılıqlı empatiya bəsləməsi üçün bu mühüm əsərin düzəlişini, yenidən yazılmasını və nəşrini öz proqramına daxil etdi. Həmçinin, coğrafi adlar, şəxsiyyətlər və izaha ehtiyacı olan çətin söz və terminlər haqqında, tədqiqatçıların və hörmətli oxucuların istifadə etməsi üçün kitabın oxunmasını asanlaşdırmaq və məzmununu daha yaxşı başa düşmək üçün kitabın haşiyələrində kifayət qədər izahlar verilmişdir. Bu işin Qafqaz regionunun, xüsusən də Qarabağın mədəni sərvətinin tanıdılması istiqamətində bir addım olacağı, ədəbiyyat və mədəniyyət adamları tərəfindən bəyəniləcəyi ümid edilir.
  • Yazılıb
  • da (də) 2023 Jul 05
  • Göndərən رضا رستمی
Açar sözlər