arannews.com : Qədir-Xum bayramı Tehranda “Qədir, 10 kilometrlik ziyafət” adı ilə keçirilib. Bayram şənliyi Qədir-Xum bayramı ilə eyni zamanda cümə günü 7 iyulda Tehranın İmam Hüseyn (ə) meydanından Azadi meydanına qədər keçirilib.
Qədir-Xum bayramı ilə eyni vaxtda ölkəmizin hər yeri bu mübarək günü şənliklərlə qeyd edib. Bir çox əyalətlərdə yemək süfrələri açılıb.
Son illər ölkənin ictimai məkanında və Qədir-Xum bayramı ilə eyni vaxtda əks-səda doğuran hadisələrdən biri də möhtəşəm Qədir yürüşünün keçirilməsidir. Bu yürüş Tehranın müxtəlif yerlərində və digər şəhərlərdə insanları birləşdirir. Qədir-Xum bayramı günü saat 18:00-dan 22:00-a qədər təşkil edilən “Qədir 10 km ziyafəti”ndə süfrələrin açılması, ilahilərin ifası, şənlik karvanları, mədəniyyət köşkləri və xütbələr, aztəminatlı bölgələrdə uşaqları sevindirmək məqsədilə oyuncaqların alınması üçün nəzir kampaniyalarının işə salınması kimi proqramlar məhdəviyyət və Qədir-Xum bayramı prinsiplərinin təbliği istiqamətində həyata keçirilən tədbirlərdən olub.
İmam Hüseyn (ə) meydanından Azadi meydanına qədər uzanan “Qədir, 10 km ziyafət” ilk dəqiqələrdən tehranlıların xoş qarşılanması ilə başlayıb və sona kimi davam edib. Əhali arasında ailələri ilə birlikdə yeniyetmə və uşaq qrupları digərlərindən daha çox seçilib.
İranlıların möhtəşəm yürüşü dünən cümə günü (7 iyul) Qədir-Xum bayramı (18 Zilhiccə) ilə eyni vaxtda insanların coşqulu iştirakı ilə keçirilib. Bu yürüşdə uşaqdan qocaya qədər iranlıların müxtəlif nəsillərinin nümayəndələri iştirak edib və bayram keçiriblər. Yürüşün başlandığı İmam Hüseyn (ə) meydanında oyuncaqları qəbul etmək üçün hədiyyə qutuları yerləşdirilib və yürüşdə iştirak edən uşaqlar özləri ilə bərabər aztəminatlı bölgələrdəki uşaqları da sevindirmək üçün oyuncaqlarını onlara göndərə bilsinlər. İSNA-nın məlumatına görə, mədəniyyət işləri ilə məşğul olmaq və yürüş iştirakçılarını qarşılamaq üçün bu marşrut boyunca 1300-ə yaxın dayanacaq qurulub. Yürüşün proqramları arasında uşaqlar üçün 3000 oyun əşyası olan səyyar əyləncə parkının yaradılması da çox müsbət qarşılanıb. İnsanlar Əmir əl-möminin (ə) adına keçirilən şənlikdə izdihamlı şəkildə iştirak etdi, hər kəs öz bacarığı, iş sahəsi üzrə meydana çıxdı.
Bəziləri şəhərdə fərqli dayanacaq və mokəblər qurdular, insanlar arasında gül, meyvə, şirniyyat payladılar, bir başqaları aztəminatlı ailələr üçün yemək bişirmək və paylamaqla məşğul oldular. Bir qrup da peşələrinə uyğun olaraq məhrum ərazilərdə tibbi, təlim və təhsil xidmətləri göstərdilər.