Tarix : 2023 Jul 08
Kod 63634

Qədir-Xum bayramı münasibətilə xalq Təbriz imam cüməsi ilə beyəti təzələdi

Təbriz xalqı Qədir-Xum bayramı günü ilə eyni zamanda Vəliyyi-fəqihin Şərqi Azərbaycanda nümayəndəsi ilə beyəti təzələyib, vilayətə və Əhli-beytə (ə) sevgilərini bir daha nümayiş etdirib.
AranNews.com : Şərqi Azərbaycan və Təbriz şəhərinin camaatı vilayət və imamətə bağlılıq və vəfadarlığını ifadə etmək, habelə Qədir-Xum bayramını uca tutmaq üçün dəstə-dəstə Vəliyyi-fəqihin Şərqi Azərbaycandakı nümayəndəsi höccətül-islam Seyid Məhəmməd Əli Ali-Haşim və onun möhtərəm atasının görüşünə gələrək, bayram münasibətilə onları təbrik ediblər.
Təbriz camaatının Əhli-beytə (ə) sevgisi və Vəliyyi-fəqihə tabeçiliyi dillər əzbəridir. Şərqi Azərbaycan əhalisi hər fürsətdən istifadə edərək bu sevgini ifadə edir.
Qədir-Xum bayramı münasibətilə Ayətullah Seyid Məhəmmədtəqi Ali-Haşimin əli ilə əmmamə qoyma mərasimi Ali-Haşim ailəsinin bayram toplantısının digər proqramlarından biri olub.
Təbrizlilər küçələri işıqlandırmaqla, yaşıl və qırmızı bayraqlar asmaqla, şirniyyat və şərbət paylamaqla Qədir-Xum bayramını uca tutublar və bir-birlərini təbrik ediblər.
Ehsan dayanacaqlarının qurulması, küçələrdə, məscid və hüseyniyyələrdə bayram şənliklərinin keçirilməsi Şərqi Azərbaycanın Əhli-beytə (ə) sevgisinin digər nümayişlərindən olub.
Həmçinin Qədir-Xum bayramı münasibətilə Təbriz səması 60 yerdən işıqlandırılıb.
Təbrizin kanat körpüsünün marşrutundan dəmir yoluna qədər olan 10 nöqtəsi və şəhərdəki 50 məscid Qədir-Xum bayramı gecəsində Onbölgə, Sima Mənzər, yaşıllıq və mədəniyyət, incəsənət və ictimai qurumlar tərəfindən işıqlandırılıb.
 
  • Yazılıb
  • da (də) 2023 Jul 08
  • Göndərən رضا رستمی
Açar sözlər