Türkiyənin Yenidən Rifah Partiyasının sədri Fateh Ərbakan sionist rejimin Cenin düşərgəsində törətdiyi cinayətlərlə bağlı beynəlxalq ictimaiyyətin susmasını sərt şəkildə tənqid edərək deyib: “İşğal olunmuş ərazilərdə cinayətlər Amerikanın dəstəyi ilə davam edir.”
AranNews.com : Türkiyənin mərhum islamçı baş naziri Nəcməddin Ərbakanın oğlu: “Amerikanın işğalçılara dəstəyi sionist rejimin İordan çayının qərb sahilinin Cenin şəhərinə qarşı hücumlarını gücləndirib.”
F. Ərbakan sionist rejimin Cenin qaçqın düşərgəsinə hücumlarını beynəlxalq qanunlara zidd adlandıraraq deyib ki, işğalçı sionist rejimin Cenin qaçqın düşərgəsinə hava, quru və raket hücumları və işğal olunmuş ərazilərdə qeyri-qanuni məskunlaşmaların genişləndirilməsi qlobal laqeydlik şəraitində davam edir.
Yenidən Rifah Partiyasının lideri sionist rejimin işğal olunmuş ərazilərdəki hərəkətlərini qanuna zidd və aşkar cinayət adlandıraraq deyib: “Fələstinlilərin hüquqlarını müdafiə edən beynəlxalq təşkilatlar bununla bağlı heç bir tədbir görmür və onların hamısı ikili standartların təcəssümüdür.”
Partiya rəhbəri BMT-nin Təhlükəsizlik Şurasını və ABŞ-ı sionist rejiminin Cenindəki qətliamında şərik adlandırıb, sionist rejimin Şərqi Qüds və İordan çayının qərb sahilində iri məskunlaşma layihələrinin məqsədini İordan çayının qərb sahilini Qüdsdən ayırmaq adlandırıb.
Sionist rejiminin zorakı siyasətləri ilə İordan çayının qərb sahili və Şərqi Qüdsdə qeyri-qanuni yaşayış məntəqələri inşa etdiyini bildirən Ərbəkan sionistlərin Cenin düşərgəsində işğal və cinayətlərini davam etdirməklə beynəlxalq hüququ pozmaqla yanaşı, cinayət əməli də törətdiklərini vurğulayıb.
O bildirib: “Yenidən Rifah Partiyası İsrail rejiminin Cenin qaçqın düşərgəsinə hücumlarını qətiyyətlə pisləyir və dünya assambleyalarının səlahiyyətlilərini cinayətlərin davam etməməsi üçün mümkün qədər tez hərəkətə keçməyə çağırır.”
O həmçinin diqqətə çatdırb ki, işğalçı sionist rejimi Şərqi Qüds və İordan çayının qərb sahilini tamamilə işğal etməyə çalışır və təcrid divarları arxasında təzyiqlərə məruz qalıb bir-birindən ayrı düşən fələstinlilərə hər gün yeni hücumlar edilir.