Paşinyan Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev, Avropa İttifaqı (Aİ) Prezidenti Şarl Mişellə üçtərəfli görüş keçiriləcəyini açıqlayıb.
arannews.com :BAKI, 13 iyul — Sputnik. Ermənistanın baş naziri hökumətin iclasında iyulun 15-də Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev, Avropa İttifaqı (Aİ) Prezidenti Şarl Mişellə üçtərəfli görüş keçiriləcəyini açıqlayıb.
O bildirib ki, artıq iştirakını təsdiqləyib.
"Ümid edirəm ki, görüş zamanı sülh sazişi üzrə danışıqlarda irəliləyiş qeydə alınacaq", - baş nazir bildirib.
Bundan əvvəl Paşinyan Avropa Şurasının sədri Şarl Mişelin vasitəçiliyi ilə Brüsseldə görüş keçirəcəyini açıqlamışdı. Azərbaycanla sülh müqaviləsinin mətninin imzalanmağa hazır olmadığını qeyd edən Ermənistan Nazirlər Kabinetinin rəhbəri müsbət irəliləyişin qeydə alınacağına ümid etdiyini bildirib.
Xatırladaq ki, Paşinyanla Əliyev arasında əvvəlki görüş iyulun 1-də Moldovada Avropa Siyasi Birliyinin sammiti çərçivəsində baş tutub. Görüşdə Fransa prezidenti Emmanuel Makron, Almaniya kansleri Olaf Şolts və Avropa Şurasının sədri Şarl Mişel iştirak ediblər.