Vəliyyi-fəqihin Şərqi Azərbaycan üzrə nümayəndəsi: “Tarix həmişə təqvalı alimlərin yurdudur. Çünki saleh alimlər hidayət məşəli kimidir və məsum imamların (ə) yolunun davamçılarıdır.”
AranNews-in məlumatına görə, bu gün Təbrizdə Ali Məqamlı Rəhbərin möhtərəm atası Ayətullah Seyid Cavad Xameneinin həyatından söz açan və qısa hekayələrdən ibarət “Həyat buradadır” kitabının təqdimat mərasimi keçirilib. Alimin vəfatının ildönüm günü ilə eyni zamanda Came məscidində keçirilən təqdimat mərasimində höccətül-islam vəl-müslimin Seyid Məhəmmədəli Ali-Haşim deyib: “Qeyrət, fədakarlıq, elm və bəndəliyin mənşəyi buradadır. Biz bakirilər vermişik. Bura aşiqliyin sığınacağıdır. Burada bizim Seyid Cavad Hüseynimiz olub. Həqiqətən, həyat buradadır.”
Ali-Haşim qeyd edib ki, böyük insanlar bizim şövq və həsrətlə boylandığımız və ən uzaq yerdən görməyə səy etdiyimiz uca zirvələrə bənzəyirlər. Onlar həmişə bizim aramızdadır. Nə zaman onların səsini qulaqlarımızdan uzaqlaşdıra bilər, nə də məkan onların zehnimizdəki görüntüsünü silə bilər.
Vəliyyi-fəqihin nümayəndəsi vurğulayıb: “Tarix həmişə təqvalı alimlərin yurdudur. Çünki saleh alimlər hidayət məşəli kimidir və məsum imamların (ə) yolunun davamçılarıdır.”
Bu alimlərin yolunun nicat gəmisinə çatmaq olduğunu bildirən Ali-Haşim deyib: “Böyük Xamenei ailəsi əsil seyidlərdəndir və dördüncü İmamın (ə) nəslindəndir. Bu ailə cəmiyyətə və tarixə çoxlu böyük şəxsiyyətlər təqdim ki, onların hamısı fəqihdirlər.”
Təbriz imam cüməsi əlavə edib: “Belə insanlar həmişə uca tutulub. Ayətullah Seyid Hüseyn Xamenei Təbrizdə tələbələrə təlim verməklə yanaşı, cəmiyyətin hidayəti ilə də məşğul olub. Onun Təbriz şəhərinin elmi-mənəvi əsasları olan təqvalı övladları vardır. Ayətullah Məhəmməd Xamenei (Məşrutə İnqilabında rolu olmuş alim və mübarizlərdən biri və Qanlı Təbriz məscidinin imam camaatı) və Ayətullah Seyid Cavad Xamenei Ayətullah Hüseyn Xameneinin övladlarıdır.
Ayətullah Seyid Cavad Xamenei müqəddəs Məşhəddə Ayətullah Mirhaşim Mirdamadinin qızı ilə evlənib və bu evlilikdən dörd oğlan və bir qız dünyaya gəlmişdir.”
Vəliyyi-fəqihin nümayəndəsi deyib: “Allaha şükür edirik ki, bugün İslam nizamının hidayəti və İslam hökumətinin rəhbərliyi Ali Məqamlı Rəhbər tərəfindən idarə olunur.”
27 iyun 1981-ci ildə İslam İnqilabının Böyük Rəhbərinə qarşı törədilən terror hadisəsinə toxunan Təbriz imam cüməsi deyib ki, düşmən o gün Rəhbəri bizim əlimizdən almaq istəyirdi, lakin Allahın lütfü ilə yaşadı, İslami İranın müqəddəs nizamını və dünya müsəlmanlarının hidayətini öhdəsinə aldı, indi də İnqilab eyni iqtidar və şücaətlə idarə olunur.
Ali-Haşim daha sonra deyib: “Təbrizi möminlərin, salehlərin və mərd insanların yurdu adlandırmaq lazımdır. Təbriz sərhəd tarixində həmişə fəxr yeri olub. Təbriz inqilab meydanında iftixarlar yaradan qeyrətli insanların vətəni olub.”
Vəliyyi-fəqihin Şərqi Azərbaycanda nümayəndəsi sonda vurğulayıb: Azərbaycan həmişə şiəliyin keşikçisi, İslami İranın və mədəniyyətinin ayrılmaz hissəsi olub və olacaq.”
Ayətullah Seyid Cavad Xameneinin həyatından qısa hissələri özündə ehtiva edən “Həyat buradadır” kitabı Mehdi Qezellinin qələmi ilə yazılmışdır. Ayətullah Seyid Cavad Xamenei Ali Məqamlı Rəhbərin atasıdır və Məşhəd şəhərinin tanınmış alim və simalarından olmuşdur.
Qezelli kitabın müqəddiməsində yazmışdır ki, bu təqvalı alimin həyat tərzi və təvazökarlığı, habelə övladlarının İslam Respublikasının məsul şəxsləri kimi xəbər başlıqlarında yer alması onun elmi və irfani yerinin az tanınmasına səbəb olmuşdur.
Ayətullah Seyid Cavad Təbriz və Nəcəfdə elmi təhsilini başa vurmuş, Ayətullah Qazi Təbatəbai kimi böyük şəxsiyyətlərin hüzurundan bəhrələnmişdir. Amma yaşamaq üçün İmam Rzanın (ə) qonşuluğunu seçmişdir və mübarək ömrünün sonuna qədər mehriban İmamın (ə) qonşuluğunda yaşamışdır.
Bu əsər Məşhəd şəhərinin tacirləri və dindarları arasında çoxlu tələbələri və müridləri olan bu mömin şəxsiyyətin simasını zərrə qədər tanıtmağa çalışmışdır. Əslində onu Ali Məqamlı Rəhbərin əsas tərbiyəçisi və ustadı hesab etmək olar. Hansı ki, elmdə və ciddi əməldə zirvələrə doğru yüksəlməkdə onun bələdçisi olmuşdur.
Bu əsərdə siz o təqvalı alimin əxlaqi və təbliği həyatından yeni və saf məsləhətlər öyrənəcəksiniz.
Kitabın bir hissəsində oxuyuruq:
Bir dəfə gənc tələbə Ağa Seyid Cavadın nəvəsi ilə Ağanın görüşünə getdi. Söhbət əsnasında ona dedi:
- Siz cənab Qazi və başqa böyük şəxsiyyətlərin hüzurunda olmusunuz. Xahiş edirəm onların tövsiyələrindən bir söz deyin.
Cavad tələbəyə baxıb təbəssüm etdi, hətta bir kəlmə də demədi.
Gənc tələbə bu təbəssümdən öz dərsini aldı. Sanki Ağa Seyid Cavad böyük ustadlarının adı ilə özünü böyük göstərmək istəmirdi.