Tarix : 2023 Jul 20
Kod 63656

Qərbdəki hakim elitanın yeritdiyi siyasət yanlışdır və öz xalqına zərər verir - Putin

Rusiya liderinin sözlərinə görə, Nean kimi insanlar nəinki Donbas, həm də öz ölkələrinin maraqları naminə çox mühüm vəzifəni yerinə yetirirlər.
arannews.com : Sputnik. Qərbdəki hakim elita öz mövqeyindən və hakimiyyət monopoliyasından sui-istifadə edib. Bunu Rusiya prezidenti Vladimir Putin "Rusiya – İmkanlar ölkəsi" ANO-nun Müşahidə Şurasının iclasında bildirib.
Jurnalist Kristel Nean Karinlə söhbəti zamanı Putin xatırladıb ki, Donbasda hərbi əməliyyatlar 2022-ci ilin fevralında deyil, 2014-cü ildə başlayıb.
"Avropa ölkələrində, eləcə də ABŞ-da bunu başa düşən insanlar hadisələrin belə inkişafını istəmirlər. Amma hakim elita adlanan qruplar öz mövqelərindən bu məsələdə sui-istifadə ediblər. Bu siyasət yanlışdır" - Putin bildirib.
Rusiya liderinin sözlərinə görə, Nean kimi insanlar nəinki Donbas, həm də öz ölkələrinin maraqları naminə çox mühüm vəzifəni yerinə yetirirlər.
"Çünki siz göstərməyə çalışırsınız ki, bu ölkələrin hakim elitasının yeritdiyi siyasət yanlışdır və öz xalqına zərər verir", - Putin bildirib.
  • Yazılıb
  • da (də) 2023 Jul 20
  • Göndərən رضا رستمی