Tarix : 2023 Jul 23
Kod 63664

“İRNA Azəri” İran-Azərbaycan əlaqələrinin möhkəmləndirilməsində yeni avanqard ola bilər

Vəliyyi-fəqihin Şərqi Azərbaycandakı nümayəndəsi deyib: “İRNA Azəri-nin fəaliyyətə başlaması İran və Azərbaycan Respublikası arasında əlaqələrin möhkəmləndirilməsində yeni avanqard ola bilər. Beləliklə, iranlıların mövqe və düşüncələri regionda ixtilaf və gərginlik yaradan həyatı təhrifdən asılı olan sarı və muzdlu xarici medialardan deyil, rəsmi mediadan aydın şəkildə əksini tapar.”
arannews.com:irna-Höccətül-islam vəl-müslimin Seyid Məhəmməd Ali Haşim İRNA müxbirinə müsahibəsində deyib: “İstinad olunan və nüfuzlu beynəlxalq KİV-lər xəbərlərin məlumatlandırılması və işıqlandırılmasındakı çoxlu təcrübəsinə diqqət etməklə, izləyicilərin etimadının qazanmaqla, sakit media mühiti yaratmaqla, mədəni, tarixi və sosial həqiqətləri və ümumi cəhətləri bəyan etməklə qərbin müharibə qızışdıran mediası ilə qarşılaşmaqda uğurlu əməl edə bilərlər.”

Təbriz imam cüməsi qeyd edib ki, xəbər mediası iki ölkə xalqının ümumi cəhətlərini və maraqlarını önə çəkməklə tarixi keçmişlə xalqlar arasında ortaq gələcək arasında körpü ola bilər, beləliklə həm gələcək nəsillərin kimlik baxımından çaşqın olmasın, həm də qərbin müsəlman ölkələrinə və xalqlarına qarşı media hücumunun qarşısında dayansın. Bu baxımdan, “İRNA Azəri”-nin fəaliyyətə başlaması yad və işğalçı mədəniyyətin İslam ölkələri və regiona nüfuz etməsinin qarşısını ala biləcək təsirli bir tədbirdir.

Vəliyyi-fəqihin nümayəndəsi əlavə edib ki, regional media bölgə ölkələrinin, xüsusən də dost və qonşu ölkə olan Azərbaycanla mədəni, dini və tarixi əlaqələrə və çoxsaylı ortaq cəhətlərə arxalanaraq, dostluq bağlarını gücləndirə və əlaqələri getdikcə daha da möhkəmləndirə bilər.

İslam Respublikası Xəbər Agentliyində “İRNA Azəri”-nin fəaliyyətə başlaması İran və Azərbaycan Respublikası arasında əlaqələrin möhkəmləndirilməsində yeni avanqard ola bilər. İnşallah, Qafqaz regionunda digər xəbər agentliklərinin fəaliyyətində dönüş nöqtəsi olar, beləliklə, iranlıların mövqe və düşüncələri regionda ixtilaflar və gərginlik yaradan həyatı təhrifdən asılı olan sarı və muzdlu xarici medialardan deyil, rəsmi mediadan aydın şəkildə əksini tapar.

Höccətül-islam vəl-müslimin Ali Haşim deyib: “KİV-lər həqiqətləri açıq-aşkar ifadə etməklə qərbin müharibə qızışdıran mediasının fitnə-fəsadının öhdəsindən gələ və vəziyyətin yaxşılaşdırılmasında öz rolunu oynaya bilər. Bugün İran və Azərbaycan Respublikasının KİV-ləri iki ölkənin dərin tarixi və mədəni keçmişinə arxalanaraq regional həssaslıqlarla bağlı əməkdaşlıqlarını artırsalar və daha səmimi etsələr, iki ölkənin tarixi əlaqələrini və təhlükəsizliyini pozmaq istəyən üçüncü tərəfin müdaxiləsinin qarşısını ala bilərlər, dostluq və qardaşlıq sərhədlərində həmişə bərqərar olmuş sülhü gələcək nəsillərə irs qoya bilərlər.”

İmam cümə vurğulayıb ki, Ali Məqamlı Rəhbərin Təbriz və Şərqi Azərbaycan əhalisi ilə görüşlərindəki bəyanatlarında yer aldığı kimi Təbriz və Şərqi Azərbaycan İranın qərbində ölkənin sivilizasiya və mədəniyyət mərkəzi kimi tanınıb.

İranın azadlıq bayrağı Təbrizi xalqının əlində olub və İran həmişə öz mədəniyyət adamları ilə fəxr edib. Tarixin böyük əllamələri: Əllamə Əmini, Əllamə Cəfəri, Əllamə Təbatəbai və ya Xaqani, Şəms Təbrizi, Qətran Təbrizi, Saib Təbrizi və başqaları kimi dahilər, yaxud müasir dövrdə mərhum Ustad Şəhriyar və Pərvin Etisami kimi məşhur şairlər hamısı azərbaycanlıdır və bu bölgənin mədəniyyətinə, ədəbiyyatına böyük xidmətləri olub. Onların şeirləri, sözləri sərhədin hər iki tərəfindəki insanlar tərəfindən istifadə olunur.

Səttar Xan, Baqir Xan, Şeyx Məhəmməd Xiyabani və Azərbaycanın qucağında yetişmiş saysız-hesabsız tanınmış şəxsiyyətlər, mübarizlər göstərir ki, Təbriz və Şərqi Azərbaycan həmişə beynəlxalq və regional tarazlıqlarda həlledici və əsas rol ifa edib, keçmişdən indiyə kimi Qafqazın mədəni, sosial və siyasi inkişafında həmişə müsbət rol oynamışdır.

Höccətül-islam vəl-müslimin Ali Haşim müsahibəsinin davamında deyib: “İran və Azərbaycan Respublikası xalqlarının çoxəsrlik yaxınlıq səbəbindən ortaq cəhətləri çoxdur. Bu ümumicəhətlər arasında din, irq və dili qeyd etmək olar. Habelə Novruz bayramı, Yəlda gecəsi, ilin axır çərşənbəsi və Həft Sin süfrəsi kimi bayram və şənliklərin çoxlu ortaq ayin və adət-ənənələri və ya Məhərrəm ayının əsrlər boyu İran və Azərbaycan xalqları üçün ortaq olan matəm mərasimlərini nümunə göstərmək olar.”

Qeyd edək ki, İRNA-nın 11-ci xarici dili olaraq Azəri internet saytının Bakıda İRNA-nın baş direktoru, İran səfirliyinin rəsmiləri və Azərbaycan Respublikasının media rəhbərlərinin iştirakı ilə açılışı olub.

Nadirinin sözlərinə görə, İRNA-nın Bakı ofisi də yaxın vaxtlarda fəaliyyətə başlayacaq.

  • Yazılıb
  • da (də) 2023 Jul 23
  • Göndərən رضا رستمی
Açar sözlər