OPEK-in son statistikası göstərir ki, 2022-ci ildə İranın təsdiqlənmiş neft ehtiyatları 208,6 milyard barel olub və İran hələ də dünyada neft ehtiyatlarının üçüncü ən böyük sahibidir.
arannews.com : OPEC 2022-ci ildə İranın neft ehtiyatlarına dair son təxminlərini açıqlayaraq bildirib ki, İranın ümumi xam neft ehtiyatları 2022-ci ilin sonunda 208,6 milyard barelə çatıb.
İranın neft ehtiyatları bu il əvvəlki illə müqayisədə dəyişməyib.
İranın neft ehtiyatları 2019-2022-ci illər arasında dəyişməyib və 208 milyard 600 milyon barelə bərabər olmuşdur. Halbuki, 2018-ci ildə bu rəqəmin 155 milyard 600 milyon barrelə bərabər olub. Yəni sonrakı illərdə 53 milyard barel artıb.
Bu hesabata görə, İran 2021-ci ildə neft ehtiyatlarına görə dünyada üçüncü yerdədir. Venesuela dünyanın ən böyük neft ehtiyatlarına sahib kimi tanınır. Bu ölkənin neft ehtiyatları ötən illə müqayisədə 247 milyon barel azalaraq 303 milyard 221 milyon barel qiymətləndirilir.
Səudiyyə Ərəbistanı 267 milyard 192 milyon barel ehtiyatla ikinci yerdədir və onun ehtiyatlarının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə dəyişməyib.
OPEC-in 2022-ci ildə təsdiqlənmiş neft ehtiyatları 2022-ci ildə 0,1%, yəni bir milyard 704 milyon barel artaraq 1243,523 milyard barrelə çatıb.
2022-ci ilin sonunda ümumi dünya neft ehtiyatları da 1564,441 milyard barel olaraq açıqlanıb. Bu rəqəm əvvəlki illə müqayisədə 1,1 faiz artıb.