Tarix : 2023 Jul 24
Kod 63671

General-mayor Baqiri: Düşmənlər artıq hərbi variantdan danışmırlar

İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi: Şərqi Azərbaycan əyalətinin sərhədləri tamamilə təhlükəsizdir.
arannews.com :Artıq bir neçə ildir ki, düşmən hərbi variantdan danışmağı dayandırmışdır. Xüsusilə quru müharibəsində qlobal hegemoniya, cinayətkar Amerika, sionist rejim və İslam Respublikasının digər düşmənlərinin yekun qərarı budur ki, İslam Respublikası ilə quru döyüşünün məğlubiyyət və zərərdən başqa heç bir təsir və nəticəsi olmayacaqdır. Ona görə də, bu məsələyə tamamilə yenidən baxıblar.
Biz daim nəzarətdə saxladığımız və qoruduğumuz sabit və təsirli bir caydırıcılığa nail olmuşuq. Biz də düşmənləri izləyirik və istənilən mövcud çatışmazlıqları kompensasiya etməyə çalışırıq ki, bu caydırıcı qüvvə davamlı sabitliyə malik olsun.
 
  • Yazılıb
  • da (də) 2023 Jul 24
  • Göndərən رضا رستمی
Açar sözlər