Tarix : 2023 Jul 26
Kod 63676

Sionist KİV-lər: Netanyahu İsrail ordusunun başına düzəlməsi illər çəkəcək bir fəlakət gətirdi

Sionist rejimin media mənbələri hərbçilərin sionist ordusunda xidmət etməkdən imtinanın artmaqda olan böhranını etiraf edərək elan ediblər ki, bu rejimin kabinetinin hərəkətləri orduya bir fəlakət gətirdi ki, bunun düzəldilməsi bir neçə il çəkəcək.
arannews.com : İbrani KİV-ləri etiraf edib ki, sionist ordusunda böhran “ağıllılıq arqumentinin ləğvi” qanununun qəbulundan sonra yaxın günlərdə şiddətlənəcək və daha da böyüyəcək.
Sionist rejimin 13-cü kanalının hərbi məsələlər üzrə müxbiri Aver Heller deyib: “İstər hərbi hava qüvvələrində, istər kəşfiyyat bölməsində, istərsə də xüsusi əməliyyatlar xidmətində ehtiyatda olan hərbçilər tərəfindən bizə göndərilən mesajlar alırıq. Həmin şəxslər avqust ayında xidmət üçün ehtiyatda olan qüvvələrə qoşulmayacaqları barədə komandirlərinə məlumat veriblər.”
Bununla bağlı “Kan” şəbəkəsi də sionist rejim ordusunun kəşfiyyat və hava qüvvələri idarələrindəki “fərqli” zabitlərin “sakit” istefasından narahat olduğunu açıqlayıb.
Bu xəbərə əsasən, sionist ordunun baş qərargah rəisi Herzi Halevi bu rejimin baş naziri Benyamin Netanyahuya hərbi itaətsizliyin əhatə dairəsinin ordunun hərbi əməliyyatlar idarəsinə də çəkilməsi barədə xəbərdarlıq edib.
Sionist rejim ordusunun müştərək qərargah rəisi bununla bağlı öncədən baş nazirə xəbərdarlıq edibmiş ki, knessetin bazar ertəsi keçirilən iclasında “ağıllılıq arqumentinin ləğvi” qanununun təsdiqindən sonra ehtiyatda olan əsgərlərin hərbi itaətsizliyinin əhatə dairəsinin hərbi əməliyyatlar idarəsinə qədər genişlənməsi mümkündür.
Halevi ümumi xidmətdə və ehtiyatda olan hərbçilərə və onun əsgərlərinə qarşı açıqlamaların dayandırılmasının lazım olduğunu vurğulayaraq bu açıqlamaların onun səmərəliliyinə və ahəngdarlığına xələl gətirdiyini deyib.
Bu arada sionist rejimin 12-ci kanalı da bu barədə bildirib: “İsrail ordusu geridə qaldı, istədiyi kimi güclənə bilmədi.”
Telekanal orduda baş verənləri düzəltmək üçün illər lazım olacağını vurğulayıb.
Bazar ertəsi sionist parlamenti bu rejimin ali məhkəməsinin səlahiyyətlərini aradan qaldıran mübahisəli məhkəmə islahatları planının əsas bəndini təsdiqləyib.
Ümumilikdə 120 təmsilçidən baş nazir Benyamin Netanyahunun rəhbərlik etdiyi hökumət koalisiyasının 64 üzvü bu layihənin lehinə səs verib, müxalifət nümayəndələri isə səsvermə prosesini boykot ediblər.
“Ağıllılıq arqumenti” qanunu sionist rejimin məhkəmə sisteminə hökumətin qərarlarını izləmək və nəzərdən keçirmək, ictimai mənafelərə uyğun gəlmədiyi təqdirdə bəzilərini etibarsız hesab etmək imkanı verir. Bura nazirliklərə və digər qurumlara təyinatlar və ya ictimai maraqlara zidd olan digər ictimai qərarlar daxildir.
Bu qanunun ləğvi ali məhkəmənin kabinetin qərarlarına, xüsusən də nazirlərin, onların müavinlərinin və s. təyinatlarına müdaxilədə rolunun marginallaşdırılması deməkdir.
  • Yazılıb
  • da (də) 2023 Jul 26
  • Göndərən رضا رستمی