Tarix : 2023 Jul 26
Kod 63678

Bu il Rusiya, Azərbaycan və Ermənistan liderlərinin sammitinin keçirilməsi planlaşdırılır

Moskvada Azərbaycan, Rusiya və Ermənistan XİN başçılarının görüşü olub.
arannews.com :  Sputnik. "Bu il Rusiya, Azərbaycan və Ermənistan liderlərinin sammitinin keçirilməsi planlaşdırılır". Bunu Rusiya XİN başçısı Sergey Lavrov həmkarları Ceyhun Bayramov və Ararat Mirzoyanla üçtərəfli danışıqlardan sonra deyib.

O bildirib ki, Azərbaycan və Ermənistan öz ərazilərində milli azlıqların hüquqlarının təmin edilməsi üçün qarşılıqlı əsasda təminat verməyə hazırdırlar.

"Bakı və İrəvan arasında böyük danışıqlar prosesinin son nöqtəsi sülh müqaviləsinin imzalanması olacaq", - Lavrov deyib.

Həmçinin nazir qeyd edib ki, Rusiya parlamentarilər vasitəsilə Azərbaycan və Ermənistanı üçtərəfli dialoqa başlamağa dəvət edib.

"Moskva Bakı və İrəvana razılığa gəlməyə yardım etməkdə maraqlı olan ölkələrin istəyini alqışlayır", - Lavrov bəyan edib.
  • Yazılıb
  • da (də) 2023 Jul 26
  • Göndərən رضا رستمی