Tehrana səfər edən Liviyanın xarici işlər naziri iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.
arannews.com: irna -bir heyətlə Tehrana səfər edən Liviyanın xarici işlər naziri Nəcla Mənquş bu gün (çərşənbə axşamı) ölkəmizin Xarici İşlər Nazirliyində Hüseyn Əmir Abdullahian tərəfindən qarşılanıb. Qarşılanma mərasimindən sonra tərəflər ikitərəfli danışıqlara başlayıblar.
Qeyd edək ki, bu görüşdə tərəflər ikitərəfli münasibətlər, əməkdaşlığın inkişafı və mühüm regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıblar.